
Teatr sənətimizin fədailəri, korifeyləri çox olub. Hüseyn Ərəblinskinin, Ülvi Rəcəbin, Kazım Ziyanın, Mərziyə Davıdovanın, Mrzəağa Əliyevin və onlarla digərlərinin adları bu gün də ehtiramla çəkilir, xatirələri urvatlı tutulur. Onların şanlı ənənəsini yaşadanlardan biri də məşhur teatr və kino aktyoru, iki dəfə dövlət mükafatı laureatı olmuş, ömrünün 60 ilinin tamamında "Şöhrət" ordeninə layiq görülmüş xalq artisti Həsənağa Turabov idi. Bir zaman söhbətlərini eşidib, ifalarını görüb qürur hissi keçirdiyimiz sənətkar haqqında artıq keçmiş zamanda yazmağa məcburuq.