- 21:25 Ermənistan prezidenti ölkədəki vəziyyəti təhlükəli adlandırıb
- 11:20 “Nə qədər ki Qarabağ var, hakimiyyətdə mən olacağam”
-
02:20
Саудовского короля спрятали в бункер из-за игрушечного самолетика
- 02:16 Səudiyyə kralının sarayı üzərində dron vurulub
-
00:59
Dövlət çevrilişinə cəhd olub, kral təxliyyə edilib
- 21:19 Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb
- 20:59 AZAL-ın təyyarəsi məcburi eniş etdi
- 20:19 Ученые разработали технологию выявления рака на ранней стадии
- 16:37 MƏHKƏMƏ ANS-LƏ BAĞLI QƏRARINI AÇIQLADI
- 16:30 Qadınların başörtüsü yenə səs-küyə səbəb oldu
- 16:00 Göygöldə Torpaqların EKU Sisteminin nəticələrinin tətbiqinə başlanılıb
- 15:00 Bələdiyyə sədri zibilin "zibilinə düşdü"

Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib
Tarix: 31/12/2017
Dekabrın 30-da Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıxov vəfat edib.
Bu barədə AZƏRTAC xəbər verir.
Maestro Sadıxov 1929-cu ilin aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini 1939-1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda alıb. Sonradan Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında, professor Aleksandr Qoldenveyzerin sinfində oxuyub.
Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 16 saylı Bakı musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, mədəniyyət və turizm nazirinin məsləhətçisi, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb.
Çingiz Sadıxov Azərbaycanın Əməkdar Artisti və Xalq Artisti fəxri adları ilə təltif olunub.
1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb.
Allah rəhmət eləsin!

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər