- 13:30 Su sayğaclarına qənim kəsilənlər yaxalandı
-
12:45
Депутатов РФ предложили лишать мандата за несоответствие расходов доходам
- 12:27 “ASAN Xidmət”ə rəhbərlik Ülvi Mehdiyevə tapşırılıb
- 12:05 İrəvanda etiraz dalğası genişlənib - tələbələr dərsləri boykot etdilər
-
11:30
Gizli ibadət-tədris kompleksi aşkarlanıb - DTX araşdırır
-
11:14
ABŞ-dakı erməni icması da Serj Sarqsyana qarşı çıxdı
- 10:57 İrəvanda etirazlar davam edir - lidersiz qalsalar da
- 10:42 Paşinyanın saxlandığı yer məlum deyil - vəkilindən açıqlama
- 10:09 Axtarışda olan şəxs xəstəxanadan qaçıb
- 09:43 Bakıda tıxac var - bəzi yollar baglandığı üçün (SİYAHI)
- 09:36 BMT-nin baş katibi Təhlükəsizlik Şurasının səmərəsiz olduğunu etiraf edib
- 09:28 Avtobusların hərəkət sxemində dəyişiklik edilir - SİYAHI

Gənclər şəhərciyinin “qocalan” problemləri
Tarix: 17/4/2018Şirkət rəhbərliyinin yalançı vədləri

“Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası”ASC təxminən 10 ilddən artıqdır ki, Abşeron rayonu ərazisində, Bakı-Sumqayıt yolunun kənarında yaşayış massivi salıb. “Abşeron” Gənclər şəhərciyi adlanan bu yaşayış massivində mənzil sahibi olanların sevinci elə də uzun çəkməyib, 2009-cu ildən burada yaşayan sakinlər üzləşdikləri çoxsaylı problemlərinin əsirinə çevriliblər.
Belə ki, şəhərcikdə həll edilməsi çox vacib olan bir sıra problemlərin yoluna qoyulması ilə bağlı öhdəliklər yerinə yetirilmədiyindən sakinlər əməlli-başlı əziyyət çəkirlər. Mənzili alan zaman “Akkord” şirkətinin rəhbərliyinin sakinlərə rahat, müasir tələblərə cavab verən keyfiyyətli asfalt yol, fasiləsiz su təchizatı, qaz, yaşıllıqlara bürünmüş istirahət parkı, idman meydançası, tibb məntəqəsi, qaraj, təhlükəsizlik üçün kamera sisteminin quraşdırılması və s. barədə verdiyi vədlərin heç biri yerinə yetirilməyib.
“Akkord”un yolları dolanbadolan...
Bakıya azca yağış yağan kimi Gənclər şəhərciyində yağışdan yaranan gölməçələri adlamaq olmur. Şəhərciyin kanalizasiya sisteminin düzgün quraşdırılmaması nəticəsində çirkab suları yolları və asfalt döşəmələri pis günə salıb. Kanalizasiya və yağış suları onsuz da keyfiyyətsiz salınmış asfalt yolları elə çala-çuxur, kələ-kötür vəziyyətə salıb ki, hər dəfə yağış yağanda yollar fəlakətli vəziyyətə düşür. Yağışlı və qarlı günlərdə avtomobillərin, eləcə də piyadaların hərəkəti çətinləşir və illərdir bərbad yola görə əziyyət çəkən Gənclər şəhərciyi sakinlərinin bu probleminə əncam çəkilmir. Gənclər şəhərciyi sakinlərinin digər problemi istimai nəqliyyatla bağlıdır. Onların Nəqliyyat Nazirliyinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, şəhərciyin ictimai nəqliyyat problemi də həllini tapmır. Eyni zamanda, şəhərcik sakinlərinin istifadəsinə verilmiş yerüstü piyada keçidi bərbad gündədir, tikilən zaman yaşlı insanlar, uşaqlar, hamilə qadınlar nəzərə alınmayıb. Ona görə də, demək olar ki, həmin keçiddən istifadə olunmur. Çünki keçiddə ekskalator quraşdırılmayıb.Sakinlərin üzləşdiyi problemlər onların hər gün yersiz əsəb gərginliyi yaşamalarına səbəb olur. Əraziyə işləyən 199 saylı marşrut avtobusu da çox anormal xətt üzrə hərəkət edir. Şərq bazarı-Abşeron Gənclər şəhərciyi marşrutu üzrə hərəkət edən avtobusa günün pik saatlarında yaxın düşmək olmur. İnterval uzunluğu və marşrtun istiqaməti 199 saylı avtobusda gün ərzində basabasa səbəb olur. Qeyd edək ki, sakinlərin problemləri yalnız marşrut ilə məhdudlaşmır. İndi keçək “Abşeron” gənclər şəhərciyində sakinlərin yaşadığı digər problemlərə.
Kimin kefi necə istəyirsə, elə də satır...
Havalar get-gedə istilənməsi şəhərciyin giriş yollarının kənarlarında, blokların qarşısında ilboyu xırda ticarətlə məşğul olanların da sayını artır. Küçə ticarətçiləri adətən meyvə-tərəvəz satmaqla məşğul olurlar və burada qiymətlərin nisbətən ucuz olaması vətəndaşları küçədən alış-veriş etməyə şirnikləşdirir. Ancaq onlar unudurlar ki, ant-sanitariya və natəmizliyin hökm sürdüyü küçələrdə satılan ərzaq məhsulları potensial xəstəlik mənbəyidir. Həm də atalardan qalma gözəl bir deyim var ki, ucuz ətin şorbası olmaz. Doğrudan da ucuz məhsullar insanlara olduqca zərərlidir. Keyfiyyətsiz məhsulları dəfələrlə almaqdansa daha keyfiyyətli, mənşəyi məlum, sağlamlığa ziyan vurmayan malları almaq lazımdır. Keyfiyyətli malı daha uzun zaman istifadə etmək olur. Çox maraqlı məqam ondan ibarətdir ki, bu cür natəmiz yerlərdə alver edənlərə qarşı müvafiq qurumlar nəinki tədbir görmürlər, əksinə göz yumurlar. Burada “kimin kefi necə istəyirsə” prinsipi hökm sürdüyündən antisanitariya baş alıb gedir. Üfunət iyindən isə danışmağa dəyməz.
90 blokdan ibarət şəhərcikdə istixana yoxdur
Bu gün ucqar rayonlarımızın kəndləri belə, təbii qazla təmin olunduğu halda, Bakı-Sumqayıt yolunun cəmi 7 km-də yerləşən “Abşeron” Gənclər Şəhərciyinə qazın verilməsi məsələsi hələ də tam həllini tapmayıb. 30 min sakinin yaşaması üçün nəzərdə tutulmuş şəhərcikdə hazırda10 minə yaxın sakin (200-ə qədəri qaçqın və məcburi köçkündür) yaşayır ki, onların da əksəriyyəti aztəminatlı ailələrdir. Qış aylarında kompleksdə həyat sanki iflic vəziyyətinə düşür. 90 blokdan ibarət salınan şəhərcikdə istixananın tikilməməsini heç bir məntiqlə izah etmək olmur. Binaların mərkəzi istilik sistemi olmadığına görə mənzillər soyuq aylarda elektrik cihazları ilə qızdırılır və nəticədə sakinlər ayda 100-200 manat işıqpulu ödəmək məcburiyyətində qalırlar. Şəhərcikdə yerləşən binalardakı mənzillər tam qazlaşdırılmadığından sakinlər istilik problemini özləri həll ediblər. Yerdə qalan digər binaların sakinləri mənzillərini yalnız elektirk enerjisinin hesabına qızdırmaq varinatını seçiblər. Nəzərə alsaq ki, elektrik qızdırıcları ilə mənzilləri istiliklə təmin etmək hansı qiymətə başa gəlir, o zaman sakinlərin vəziyyətini anlamaq çətin deyil. Qeyd edək ki, Bakıda bir çox tikinti şirkətləri mənzilləri qazla təmin edə bilməyəndə həmin binalarda mənzil alan vətəndaşlar elektrik enerjisinə görə ödəmədə 50% güzəşt əldə edirlər. Amma “Abşeron” Gənclər Şəhərciyində bu barədə danışmaq belə yasaqdır. Ona görə də, soyuqlu havalarda mənzilləri elektrik enerjisi ilə qızdırmaq sakinlərə əlavə maddi problemlər yaradır. Binalara qaz çəkilişinin nə zaman başa çatacağı,hansı müddətə yekunlaşacağı isə müəmmalı sual olaraq qalır. Qazla bağlı bir sual da çox maraqlıdır: Şəhərcikdəki binalara qaz verən şirkət, niyə 36 kv.m mənzillərə qaz verilməsindən imtina edib? Bu mənzillərə qaz verilməsi təhlükəsizlik qaydalarına ziddirsə, 36 kv.m-likmənzillər niyə tikilib, bu mənzillərin tikinti layihəsinə hansı qaydada ekspertiza rəyi alınıb? Balkonsuz tikilən binalar təhlükəsizlik qaydalarına uyğun gəlmirsə, niyə tikilib? Bu mənzillər müştərilərə hansı prinsiplə satılıb?
“Azərsu”dan gözlənilməz “yenilik”
Sakinlərin dediklərindən bir məsələdə ortaya çıxır. Sakinlər qeyd edir ki, mənzillərdə su sayğacı quraşdırıılmasına baxmayaraq, “Azərsu” bu sayğacları vətəndaşların adına deyil, Elman adlı “JEK” əməkdaşının adına rəsmiləşdirib. Bəzi mənzil sakinlərindən isə aylıq su sərfiyyatı üçün adambaşına 5 AZN su pulu yığılır. Təsəvvür edin, bu “məntiq”ə görə hər vətəndaş ayda 10 ton su “işlədir”.
“Akkord”un qeydiyyatsız sakinləri
Şəhərcikdə tibb məntəqəsinin olmaması üzündən sakinlər səhhətində baş verən hər hansı bir narahatlıq zamanı Xırdalan və Bakı şəhərinə getmək məcburiyyətində qalırlar.
Sakinlərin üzləşdiyi problemlərdən biri də yaşadıqları mənzillərə qeydiyyata alınmamasıdır. Əvvəllər Qaraçuxur qəsəbəsində yaşayan sakinlərdən biri deyir: “Burada ev alanların əksəriyyəti ya rayon, ya da qohumlarının üzərində qeydiyyatdadır. Məsələn, biz Suraxanı rayonunda qeydiyyatdayıq. Elə sakinlər var ki, ümumiyyətlə, heç bir yerdə qeydiyyatda deyillər. Bu səbəbdən də ölkədə keçirilən seçkilərdə iştirak edə bilmirik. “Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası”ASC-nin rəhbərliyinin yarıtmaz fəaliyyəti ucbatından vətəndaşlıq hüququndan da məhrum olunmuşuq”. “Abşeron” gənclər şəhərciyində mənzillərin pulunu tam şəkildə ödəmiş sakinlər niyə indiyədək mülkiyyət sənədi ala bilmir? “Akkord” şirkətlər qrupu sakinləri narahat edən bu problemi bütövlükdə hansı vaxta qədər həll etməyi planlaşdırır? Bu sadə suala cavab verən yoxdur.
Unudulmuş ünvan...
Abşeron Gənclər şəhərciyi adlı bir ünvan sanki hər kəsin yadından çıxıb. Yağış, qar yağanda çirkil su və palçıq əlindən, quraqlıq olanda isə toz əlindən tərpənmək olmur. Yuxarıda sadaladığımız problemləri ümumiləşdirib bir daha üzümüzü “Akkord” şirkətlər qrupuna tuturuq. Ümid edirik ki, yazdıqlarımıza müsbət reaksiya veriləcək. Bu işlərlə məşğul olan şəxslər problemi aradan qaldırsalar, sakinlər də şad olar.
Səid Əhmədli

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər