- 13:30 Su sayğaclarına qənim kəsilənlər yaxalandı
-
12:45
Депутатов РФ предложили лишать мандата за несоответствие расходов доходам
- 12:27 “ASAN Xidmət”ə rəhbərlik Ülvi Mehdiyevə tapşırılıb
- 12:05 İrəvanda etiraz dalğası genişlənib - tələbələr dərsləri boykot etdilər
-
11:30
Gizli ibadət-tədris kompleksi aşkarlanıb - DTX araşdırır
-
11:14
ABŞ-dakı erməni icması da Serj Sarqsyana qarşı çıxdı
- 10:57 İrəvanda etirazlar davam edir - lidersiz qalsalar da
- 10:42 Paşinyanın saxlandığı yer məlum deyil - vəkilindən açıqlama
- 10:09 Axtarışda olan şəxs xəstəxanadan qaçıb
- 09:43 Bakıda tıxac var - bəzi yollar baglandığı üçün (SİYAHI)
- 09:36 BMT-nin baş katibi Təhlükəsizlik Şurasının səmərəsiz olduğunu etiraf edib
- 09:28 Avtobusların hərəkət sxemində dəyişiklik edilir - SİYAHI

PREZİDENT YANINDA AAK SƏDRİ VƏLİ HÜSEYNOVDAN PREZİDENTƏ ŞOK ŞİKAYƏT-YENİLƏNİR
Tarix: 18/4/2018
Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Vahid Əmrahov AAK sədri Vəli Hüseynovun onun doktorluq müdafiəsinə necə və nə üçün mane olmasından şikayətçidir...
Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Vahid Əmrahov AAK sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynovdan şikayətçidir. Onun “Təzadlar”ın elektron poçtuna göndərdiyi və Prezident İlham Əliyevə, Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanlı şikayət məktubunu oxuyub, məktuba əlavə edilmiş məhkəmə qərarlarını nəzərdən keçirdikdən sonra onunla əlaqə saxladıq. Vahid Əmrahov qəzetimizə geniş müsahibə verdi...
Sonra AAK sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynova elektron məktub göndərərək bəzi mətləbləri diqqətinə çatdırdıq, ardınca onun bu məsələyə mövqeyini öyrənmək istəyində olduğumuzu məktubda ifadə etdik...
Qəzet çapa gedənə kimi cənab Vəli Hüseynovdan reaksiya olmadı. Odur ki, “İnformasiya əldə etmək haqqında” Qanunvericiliyin tələblərini əsas tutaraq Vahid Əmrahovun şikayətini təqdim edirik:
Çox hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
Hörmətli redaksiya!
Mən, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Menecment və aqrar marketinq kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoruyam. İqtisad üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyim dissertasiya işinin müdafiəsinə Ali Attestasiya Komissiyasının 06.06.2014-cü il tarixli iclasının qərarına əsasən (protokol 08-R) icazə verilmişdir. Lakin Gəncə Beynəlxalq Hava Limanında Təchizat şöbəsinin müdiri vəzifəsində çalışan və ADAU-da yarımştat işləyən Mübariz İsgəndərovun ən mühüm dövlət strukturlarının rəhbərlərinə dəfələrlə ünvanladığı şikayətindəki böhtan, yalan və iftira dolu məlumatlar müdafiəmlə bağlı mənə süni problemlər yaratdı. Çox təəssüflər olsun ki, Prezident yanında Ali Attestasiya Komissiyasının sədr əvəzi Vəli Hüseynov isə M.İsgəndərovun əsassız və yalan məlumatlarını araşdırmadan, dəqiqləşmə aparmadan mənə qarşı əks mövqe tutdu. Mən məcbur olub M.İsgəndərovun guya doktorluq işimin plagiat olması barədə iddialarını rədd edərək məhkəməyə müraciət etdim. Məhkəmə proseslərində Mübariz İsgəndərov bir neçə dəfə cinayət tərkibli əməllər törətsə də müvafiq orqanlar buna göz yumdu. Bundan ruhlanan İsgəndərov yalan və böhtanlarının miqyasını genişləndirdi. Onun şikayətində göstərdiyi məlumatların işgüzar nüfuza xələl gətirən böhtan, yalan və iftira olması barədə Göygöl rayon Məhkəməsi, Gəncə Apellyasiya Məhkəməsi mənim xerimə müvafiq qətnamə qəbul etdi, bu qətnamələr Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən təsdiq edildi. Prezident yanında Ali Attestasiya Komissiyası özü də bir neçə dəfə köçürmə ilə bağlı Ali Məhkəmə qərarı olmasına baxmayaraq yoxlamalar apardı və uzunmüddətli yoxlamadan sonra bununla bağlı müsbət fikrə gəldi. Əvvəllər isə AAK tərəfindən Mübariz İsgəndərovun yalanlarını sübut etməsini yox, mənim doktorluq işimin köçürmə olmaması ilə bağlı fikrimi sübut etmək tələbi qoyulmuşdu.
Buna baxmayaraq 7 aprel 2018-ci ildə AAK rəhbərliyi gözlənilməz halda müdafiəyə icazə verilməkdən imtina edilməsi ilə bağlı qərar qəbul etdi. Bu qərar qərəzlidir və AAK tərəfindən öz təlimatının kobud şəkildə pozulmasıdır. Belə ki, doktorluq işimlə bağlı 5 dəfə Ekspert Komissiyasının iclası keçirilib, hər dəfə müxtəlif qərarlar qəbul edilib. Prezident yanında Ali Attestasiya Komissiyasının sədr əvəzi Vəli Hüseynov dissertasiyamı geri götürməklə bağlı müraciətimi də nəzərə almadı. Halbuki AAK-ın müvafiq təlimatında iddiaçının istənilən vaxt işi geri götürmək hüququ təsbit olunur. Hətta sifarişli yazılan mənfi rəyin 2-si mənim ərizəmin verildiyi tarixdən sonraya təsadüf edir. Bu isə saxtakarlıqdır. Həmin rəylərlə tanış edilməmişəm. 1-ci rəydən isə apelyasiya şikayəti versəm də bu günə kimi cavab almamışam.
Bundan başqa, qeyd edim ki, bu günədək 3 dəfə ilkin müzakirədən keçmişəm, hər bir müzakirəyə 3 nəfər elmlər doktoru öz müsbət rəyini təqdim etmişdir, dissertasiya işimin 2014-cü ilin 12 dekabrına təyin olunmuş müdafiəsi ilə bağlı seminar üçün 3 elmlər doktoru, 3 opponent və 8 elmlər doktoru müsbət rəy vermişdir, aparıcı müəssisənin müsbət rəyi dissertasiya şurasına təqdim olunmuşdur. Eləcə də Ekspert Komissiyasının 2014-cü ildə keçirilən iclasında müdafiəmə 10 nəfərdən çox elmlər doktoru razılığını bildirmiş və Ekspert Komissiyasının ekspertləri tərəfindən yazılı şəkildə müsbət rəy verilmişdir. Dissertasiya işimə ümumilikdə 25-ə yaxın elmlər doktoru yazılı şəkildə müsbət rəy vermiş, bütün müzakirələrdə 50-dən çox elm adamı müsbət fikrini bildirmişdir. Dissertasiya işimin nəticələri Azərbaycan Respublikası Milli Məclisinin Aqrar Siyasət Komitəsi tərəfindən bəyənilmiş və istifadə üçün qəbul edilmişdir (arayış 011/6-15, 22 oktyabr 2011-ci il). Elə isə cənab Vəli Hüseynov məndən nə istəyir?
Cənab Prezident!
Hörmətli Mehriban xanım!
2011-ci ildə bitirdiyim dissertasiya işini 7 ildir müdafiə edə bilmirəm. Elm və tədris sahəsində işləməyənlər, əksər məmurlar, vəzifəlilər isə AAK-da çox asanlıqla müdafiə edirlər. Doğrudanmı başqa sahələrin insanları elmi-tədqiqat işlərini elm-təhsil sahəsində çalışanlardan daha yaxşı yerinə yetirmək qabiliyyətindədir? Doğrudanmı baza təhsili qeyri-iqtisad yönümlü olanlar iqtisadçılardan daha keyfiyyətli iş yerinə yetirirlər? Müdafiə edənlərin ixtisaslarına və iş yerlərinə baxılsa, dediklərim təsdiqlənər. Bu qədər süründürməçilik, bu qədər qərəzli münasibət nə qədər davam edəcək?
Onu da bildirmək istəyirəm ki, bu pozuntularla bağlı yaxın günlərdə müvafiq sənədləri əldə etdikdən sonra məhkəməyə müraciət edəcəyəm və hüquqlarımın bərpası üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyəm. AAK rəhbərliyinin qərəzli münasibət davam etdiyi təqdirdə müdafiə üçün başqa ölkələrə üz tutmalı olacağam. Hələ də başa düşə bilmirəm ki, AAK və ADAU-da yalan və böhtanları ilə insanların elmi fəaliyyətinə xələl gətirən, heç bir elmi-pedoqoji fəaliyyətlə məşğul olmayan Mübariz İsgəndərov nə üçün AAK-da himayə edilir? Halbuki Mübariz İsgəndərov kimi yalançı və böhtançılar ifşa olunmalı, elmi-tədris müəssisələrinə yaxın buraxılmamalıdır. Və çox maraqlıdır iki, belə narazılıqlar və problemlər Vəli Hüseynovun AAK-a sədr əvəzi təyin olunduğu 2014-cü ildən bəri vaxtdan başlayıb.
Cənab Prezident!
Hörmətli Mehriban xanım!
Sizin ədalətli mövqeyinizi bilirəm və bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verməyinizi xahiş edirəm.
Redaksiyadan: Növbəti yazıda Vahid Əmrahovun əməkdaşlarımıza müsahibəsini təqdim edəcəyik.

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər