DataLife Engine > Çap üçün versiya > Ötən gün 111 cinayət hadisəsi baş verib
DataLife Engine Azerbaijan Support > Cəmiyyət, Kriminal > Ötən gün 111 cinayət hadisəsi baş verib

Ötən gün 111 cinayət hadisəsi baş verib


10-02-2018, 10:04. Yerləşdirdi: memmedov
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb. Onların 17-si “isti izlər”lə açılıb.

DİN-dən verilən məlumata görə, axtarışda olduğuna görə 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Geri