DataLife Engine > Çap üçün versiya > Zorlandığı deyilən qızın anası danışdı: “Qızımı evində zorla saxlayıb və…” – VİDEO
DataLife Engine Azerbaijan Support > Cəmiyyət, Kriminal > Zorlandığı deyilən qızın anası danışdı: “Qızımı evində zorla saxlayıb və…” – VİDEO

Zorlandığı deyilən qızın anası danışdı: “Qızımı evində zorla saxlayıb və…” – VİDEO


8-05-2018, 18:53. Yerləşdirdi: memmedov
“Mən qızımı atan deyiləm!”

Ölkə gündəmini zəbt edən falçının qızları zorlaması xəbəri neçə gündür hər kəsin müzakirə etdiyi hadisədir.

Minval.info xəbər verir ki, “Space” Tv-nin efirində yayımlanan “Olar? Olmaz!” verilişinə qızların birinin anası açıqlama verib. Verilişə müraciət edən qadın qızını heç vaxt atmayacağını və falçının tələsinə düşdüyünü vurğulayıb.

Onun sözlərinə görə, bu məsələdən media vasitəsi ilə xəbər tutub. Qızının Ramil Talıbov adlı şəxsin əsirliyində qaldığını bildirən ana, hər kəsi həssas olmağa çağırıb: “Bu yaşda olan uşaqlarda falçıya getmək meyli olur. Qızım da gedib. Səhv edib. Mən anayam. Heç vaxt qızımı atan deyiləm”.

Aparıcı Amil Xəlilin qızların birinə yönləndirdiyi “peşmansınızmı” sualı, zorlandığını iddia edən qızı göz yaşlarına boğub. Qızını tək böyütdüyünü deyən xanım aidiyyəti qurumların bu işi tezliklə həll etməsini xahiş edib.

Verilişdə iştirak edən daha bir qəhrəmanın açıqlamaları isə 9 may tarixində saat 19:55 də tamaşaçılara təqdim ediləcək. Verilişin informasiya dəstəkçisi “Minval.info” saytıdır.


Geri