DataLife Engine > Çap üçün versiya > Metro ziyanla işləyirsə, Tağı Əhmədov 3 milyonu hardan qazanmışdı?
DataLife Engine Azerbaijan Support > Cəmiyyət, Sağ Manşet > Metro ziyanla işləyirsə, Tağı Əhmədov 3 milyonu hardan qazanmışdı?

Metro ziyanla işləyirsə, Tağı Əhmədov 3 milyonu hardan qazanmışdı?


3-08-2018, 22:13. Yerləşdirdi: admin
Eldar ƏZİZLİ

Əvvəllər olduğu kimi, iyulun 30-da da Tarif Şurası gecə yarısı yığışaraq avtobuslarda və metroda gediş haqqını 50 faiz qaldırdı.

Bu Şura hər dəfə bir yerə yığışanda zərbə əhalinin kasıb təbəqəsinə dəyir. İnd idə belə oldu. Avtobuslarda və metroda gediş haqqının 50 faiz, yəni 10 qəpik artırılması baş verdi. Düzü, Tarif Şurasının adı gələndə adam qorxuya güşür. Çünki artıq camaat dəqiq bilir ki, bunlar bir yerə yığışanda söhbət qiymətlərin aşağı salınmasından yox, qalxmasından gedəcək.

Əvvəla, deyim ki, son qiymət artımı əhaliyə vurulan, yəni işığın, qazın, suyun, benzinin qiymətlərinin artırılmasından sonra ən böyük zərbələrdən biri oldu. Problemi belə həll etmirlər. Məlum məsələdir ki, dövlətin müxtəlif xidmət sahələri olur. Onlarin eləsi olur ki, gəlirlə işləyir, eləsi də ziyanla. Bu, təbii prosesdir, yəni olan işdir.

Dedilər, guya metroda bir nəfər sərnişinin daşınması 47 qəpiyə başa gəlir. Yeri gəlmişkən bir misal şəkim. Həbsdə olan DTX generalı Akif Çovdarovun istintaqı zamanı məlum oldu ki, Çovdarov metronun keçmiş şefindən 3 milyon manat rüşvət alıb. Tağı Əhmədovun bu 3 milyonu maaşla yığmadığına çağa da şübhə etməz. O zaman ortaya belə bir sual çıxır: əgər metro ziyanla işləyirsə, onda Tağı Əhmədov bu 3 milyonu hardan qazanıb?

Bir də, lap deyək ki, bir nəfər sərnişinin metrodan istifadə etməsi metroya 47 qəpiyə başa gəlir. Yəni hər bir nəfər metroya 27 qəpik ziyan vurur. Sovetlər dönəmində belə bir təcrübə vardı. O vaxt mən Gəncə şəhərində Mənzil kommunal istehsalat birliyində aparıcı iqtisadçı işləyirdim. Biz hər il bizim xidmətə aid olan sahələr üzrə illik maliyyə planları tuturduq. Əhaliyə göstərdiyimiz xidmətlərdə elə sahələr var idi ki, gəlirə, elə sahələr də var idi ki, ziyanla işləyirdi. Ziyanla işləyən təşkilatların il ərzində çatışmayan vəsaitlərini gəlirlə işləyən təşkilatların hesabına bağlayırdıq. Gəncə şəhərində Tramvay-Tpolleybus İdarəsi var idi. Tramvayda gediş haqqı 3 qəpik, trolleybusda isə 4 qəpik idi. Ancaq hesablamalar göstərirdi ki, tramvayda bir nəfərin daşınması 3 yox, 4 qəpiyə, trolleybusda isə 6 qəpiyə başa gəlir. Qeyd etdiyim kimi, dövlətə dəyən ziyanı gəlirli sahələrin hesabına ödənirdi. O vaxtlar həm Gəncədə, həm Bakıda, həm də başqa şəhərlərdə əhalinin daşınmasında tramvaydan və trolleybusdan istifadə olunurdu. Elektrik cərəyanı ilə işləyən xidmətlərdən istifadədə məqsəd ekologiyanı qorumaq idi.

Nə isə, qayıdaq bu qiymət artımına. Hamıya məlumdur ki, ölkəmizdə aztəminatlı ailələr həddindən artıq çoxdur. Qışda qaz, yayda isə işıq pulunu çatdıra bilmirlər. Halbuki biz neft, qaz ölkəsiyik. Sevindirici haldır ki, ölkəmizə bu təbii sərvətlərin satışından külli miqdarda vəsait daxil olur. Bundan başqa, ölkəmizdə digər təbii sərvətlərin satışından, gəlirlə işləyən sahələrimizdən dövlət büdcəsinə vəsaitlər daxil olur. Ona görə də əsasən də əhalinin kasıb təbəqəsinin istifadə etdiyi nəqliyyatda qiymət artımı etmək düzgün qərar deyil. Əhalinin istifadə etdiyi nədir: qaz, su, işıq, benzin. Bunların da qiymətini hər il qaldırırlar.

Qeyd etdiyim kimi, qiymət artımları başqa sahələrdə də qiymətlərin artmasına səbəb olur. Görəsən, TŞ heç bunu düşünürmü? Mən dövlətin maliyyə məsələlərində zərər çəkməsinin tərəfdarı deyiləm, amma xalqı da çətinə salmaq olmaz…

Geri