DataLife Engine > Çap üçün versiya > Məhkəmə Mehman Hüseynovun müraciətini təmin etməyib
DataLife Engine Azerbaijan Support > Cəmiyyət, Sağ Manşet > Məhkəmə Mehman Hüseynovun müraciətini təmin etməyib

Məhkəmə Mehman Hüseynovun müraciətini təmin etməyib


24-08-2018, 18:15. Yerləşdirdi: admin
Bloqqer Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı müraciəti üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, 14 saylı cəzaçəkmə müəssisəsində Qaradağ rayon Məhkəməsinin hakimi Rəşad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Mehman Hüseynovun müraciəti təmin edilməyib.

Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis idarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

Geri