- 18:43 Goranboyda intihar – 2 övlad atası özünü güllələdi
- 17:21 Azərbaycanda orta məktəblər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər
- 16:50 Ekspert: Prezident bu Fərmanla “çoxillik həllolunmaz problem”ə son qoydu
- 15:55 ABŞ-da azərbaycanlı gəncin qatilini həbs ediblər
- 15:15 Saratovda azərbaycanlıların olduğu avtobus yolda qaldı - xilasedicilər cəlb olunub
- 15:05 Departament: Dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb
- 14:51 Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsi sadələşdirilir
- 14:45 Əhalinin banklardakı əmanətləri ilə bağlı XƏBƏR
- 14:36 19 fevral hərracı: hansı dövlət əmlakları özəlləşdirildi?
- 14:10 Balakəndə heyvanlar arasında profilaktik peyvəndləmə aparılır
- 13:55 Canavarların kəndlərə hücumu ilə bağlı İşçi Qrup yaradılıb
- 13:50 DSK sədri UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşüb

Ermənistanda sosial problemlər dərinləşir
Tarix: 12/2/2019
Ermənistanda hökm sürən xaos getdikcə dərinləşir. Sosial problemlərdən çıxış yolu tapa bilməyən vətəndaşlar çarəni etiraz aksiyalarında görürlər.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bu dəfə bir qrup şəxs məmurlara verilən mükafatlara qarşı çıxıb. Şikayətçilərdən Marine Akopyan deyib ki, məmurlara dövlət büdcəsindən ayrılan 10 milyon dram dəyərində mükafat təcili büdcəyə geri qaytarılmalıdır. Həmin qərar Serj Sarkisyanın vaxtında verilib və mükafata layiq görülən məmurların bir çoxu vəzifələri ilə vidalaşıblar. Etirazçılar bildiriblər ki, tələbələri Sarkisyan komandasında olan məmurların qanun qarşısına çıxarılması ilə bağlıdır. Sarkisyan başda olmaqla generallar bu xalqı neçə illərdir ki, qorxu, zülmət içərisində saxlaya-saxlaya büdcəni talan ediblər. Etirazçılar əgər baş nazir quldur məmurlardan vəsaitləri geri qaytarmasa, imzatoplama kampaniyası təşkil edib Ali Məhkəməyə müraciət edəcəklərini bildiriblər.
Bundan başqa, erməni ordusundakı ölüm halları ilə bağlı da etirazlar artıb. Belə ki, Ermənistanın Lori bölgəsindən olan Smbat Manukyan və həyat yoldaşı Susan tək övladlarının qəfil və müəmmalı ölümü ilə 3 ildir barışa bilmirlər. Onlar deyirlər ki, oğulları Sarkis 2016-cı ilin mayında Ararat bölgəsində hərbi xidmətə başlayıb. Həmin ilin dekabrında əsgərin yüksəkvoltlu elektrik cərəyanı vuraraq öldüyü ilə bağlı xəbər alıblar. Patoloji anatomiyanın ilkin nəticələri isə şübhə yaradıb. Məlum olub ki, əsgərə işgəncələr verərək öldürüblər. İşi ört-basdır etmək üçün isə istintaqa səhv məlumat veriblər. Ailə keçmiş müdafiə nazirləri Seyran Ohanyan və Viqen Sarkisyanla görüşsə də, cinayətdə şübhəli bilinən zabitlərə qarşı tədbir görülmür. Övladlarını qeyri-döyüş şəraitində itirən valideynlər illərdir məhkəmələrdə süründürülürlər.

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər