DataLife Engine > Çap üçün versiya > Spikerdən Ermənistana təklif: Rus dilini rəsmi dil elan edin
DataLife Engine Azerbaijan Support > Dünya, Son Dəqiqə > Spikerdən Ermənistana təklif: Rus dilini rəsmi dil elan edin

Spikerdən Ermənistana təklif: Rus dilini rəsmi dil elan edin


17-07-2017, 16:47. Yerləşdirdi: admin
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistana respublika qanunvericiliyində rus dili üçün rəsmi statusun təsbit olunmasını təklif edib.
"Tezadlar.az" xəbər verir ki, Trend-in məlumatına görə, bu təkliflə o, Ermənistan Milli Məclisinin sədri Ara Babloyan ilə görüşdə çıxış edib.
Rusiya Dövlət Dumasının spikeri fikrini belə əsaslandırıb ki, rus dilinin Ermənistanda rəsmi status alması milli sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınmasına yardım edəcək, necə ki, Qırğızıstan vətəndaşları artıq bu hüquqdan yararlanır.

Geri