DataLife Engine > Çap üçün versiya > Oteldə baş verən yanğında 18 nəfər həlak olub
DataLife Engine Azerbaijan Support > Dünya > Oteldə baş verən yanğında 18 nəfər həlak olub

Oteldə baş verən yanğında 18 nəfər həlak olub


25-08-2018, 10:51. Yerləşdirdi: memmedov
Çinin Heyluntszya şimal əyalətinin paytaxtı - Xarbin şəhərində oteldə baş verən yanğın nəticəsində azı 18 nəfər həlak olub.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, faciə səhər tezdən baş verib.

Ümumi sahəsi təxminən 18 min kvadratmetr olan dördmərtəbəli binanın təxminən 400 kvadratmetr sahəsi yanıb.

Yanğınla mübarizə üçün beş yanğınsöndürən briqada göndərilib. Yanğının söndürülməsinə ümumilikdə 107 yanğınsöndürən cəlb edilib.

Xilasetmə işləri davam etdirilir. Yanğının səbəbi müəyyənləşdirilir.

Geri