DataLife Engine > Çap üçün versiya > Almaniyada nümayişlər zamanı 11 nəfər xəsarət alıb
DataLife Engine Azerbaijan Support > Dünya > Almaniyada nümayişlər zamanı 11 nəfər xəsarət alıb

Almaniyada nümayişlər zamanı 11 nəfər xəsarət alıb


2-09-2018, 11:10. Yerləşdirdi: memmedov
Ötən gün Almaniyanın Hemnits şəhərində keçirilən nümayişlər zamanı azı 11 nəfər xəsarət alıb.

"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, xilasetmə xidməti 17 dəfə müxtəlif yerlərə çağırılıb, bütün xəsarət alanlar isə xəstəxanalara yerləşdirilib.

Bəzi məlumatlara görə, bir qrup neonasist aksiyada iştirak edən Sosial Demokrat Partiyasının üzvlərinə hücum edib.

Nəşr yazır ki, Hemnitsa küçələrinə 8 mindən çox insan çıxıb.

Bununla yanaşı polisin qeydinə görə, nümayişçilərin əksəriyyəti özlərini dinc aparıb, şəhərdə vəziyyət isə nəzarət altındadır.

Geri