DataLife Engine > Çap üçün versiya > Ermənistan Rusiyadan 100 milyon dollarlıq yeni silah alacaq
DataLife Engine Azerbaijan Support > Dünya > Ermənistan Rusiyadan 100 milyon dollarlıq yeni silah alacaq

Ermənistan Rusiyadan 100 milyon dollarlıq yeni silah alacaq


12-09-2018, 17:19. Yerləşdirdi: admin
Ermənistan Rusiyadan 100 milyon dollar məbləğində hərbi kredit almağın mümkünlüyünü müzakirə edir.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan sentyabrın 12-də jurnalislərə bildirib.

“Reallaşacaq yeni hərbi kreditlə bağlı müzakirələr aparılır. Hazırda söhbət 100 milyon dollar məbləğindən gedir. Alınacaq silahlar barədə danışmağa ixtiyarm yoxdur. Rusiya ilə əməkdaşlıq yetərincə uğurla inkişaf edir”, - o vurğulayıb.

Geri