DataLife Engine > Çap üçün versiya > Xanhüseyn Kazımlının “Böyük siyasətin davamı” kitabının təqdimatı oldu - YENİLƏNDİ
DataLife Engine Azerbaijan Support > Orta Manşet > Xanhüseyn Kazımlının “Böyük siyasətin davamı” kitabının təqdimatı oldu - YENİLƏNDİ

Xanhüseyn Kazımlının “Böyük siyasətin davamı” kitabının təqdimatı oldu - YENİLƏNDİ


7-05-2019, 17:36. Yerləşdirdi: admin
Bu gün mayın 7-də Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) və “Avrasiya Qiymətləndiricilər Birlikləri Şurası” Beynəlxalq Assosiasiyasının “Hilton Baku” otelində birgə təşkil etdikləri Avrasiya Qiymətləndiricilərinin XV Beynəlxalq Konqresi və Xanhüseyn Kazımlının “Böyük siyasətin davamı” kitabının yeni nəşr olunmuş 8-ci cildinin təqdimatına həsr olunmuş tədbir keçirildi.

Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirdə Moldova, Özbəkistan, Rusiya, Gürcüstan və Belarusiyadan gələn qonaqlar da iştirak edirdilər.

Tədbir saat 10.00- da xarici ölkələrdən gələn qonaqların iştirakı ilə Ulu Öndər Heydər Əliyevin Fəxri Xiyabanda ucaldılmış abidəsinin qarşısına əklil qoyuluşu ilə başlandı, sonra “Hilton Baku” otelinin “Sevda” zalında davam etdiridi.

Konqresə sədrlik edən Azərbaycan Sosial Rifah Partiyasının sədri, Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı əvvəlcə tədbir iştirakçılarını - xarici qonaqları, həmkarlarını və media nümayəndələrini salamladı. Professor tədbir iştirakçılarına 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etdiyini xatırladaraq, Şuşa uğrunda döyüşlərdə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmələrini xahiş etdi.

Daha sonra o, ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışaraq bildirdi ki, bu gün ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində dirçəliş məhz Heydər Əliyevin adı ilə bağlıdır. Və ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində ölkəmizin uğurları daha da artıb. Dövlətimizin başçısının həyata keçirdiyi siyasət əhalinin rifah halını yaxşılaşdırıb. Bütün istiqamətlərdə yüksək nailiyyətlər əldə edilib və Azərbaycan hazırda regionun lider dövləti statusundadır.

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin" sədr müavini Vüqar Oruc bu tədbirin Avrasiya qiymətləndiricilərinin əməkdaşlığında, təcrübə mübadiləsində, qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsində mühüm rol oynayacağını bildirdi. O, konqresdə iştirak edən qurumlarla birgə layihələrin işlənilməsi və digər istiqamətlərdə razılaşmaların əldə olunacağının gözlənildiyini söylədi.

Konqresdə həmçinin Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan ordusu tərəfindən işğal olunması, hərbi təcavüz nəticəsində ölkəmizin üzləşdiyi problemlərlə bağlı qonaqlara məlumat verildi. Qeyd edildi ki, Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan tərəfindən hələ də bu qətnamələrə məhəl qoyulmur.

"Avrasiya Qiymətləndiricilər Birlikləri Şurası” Beynəlxalq Assosiasiyasının baş direktoru Nikolay Trifonov geniş məruzə ilə çıxış edərək, konqresin işinə uğurlar arzuladı.

Koqresin gedişində və “Avrasiya Qiymətləndiricilər Birlikləri Şurası” Beynəlxalq Assosiasiyasının və Təftiş komissiyasının hesabatı, eləcə də yerli və xarici mütəxəssislərin bir sıra məsələlərə dair çıxışları dinlənildi.

Onu da qeyd etmək lazımdır ki, “Avrasiya Qiymətləndiricilər Birlikləri Şurası” Beynəlxalq Assosiasiyasına rəhbərlik yenə də Azərbaycanda qaldı. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, professor Xanhüseyn Kazımlı qiymətçi olaraq həmin Beynəlxalq təşkilatın sədri seçildi.

Tədbirin ikinci hissəsində ASRP-nin sədri, professor Xanhüseyn Kazımlı və iqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, Əsli Kazımovanın birgə hazırladığı “Böyük siyasətin davamı” kitabının 8-ci cildinin təqdimatı keçirildi. Kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyata keçirdikləri daxili və xarici siyasətin uğurlu nəticələri öz əksini tapıb.

Kitabın baş redaktoru Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri, Əməkdar dövlət qulluqçusu, tarix elmləri doktoru, professor Əli Həsənov, rəyçi Azərbaycan Respublikası Milli Məclisinin üzvü Elmira Axundovadır. 8-ci cildə yazılmış ön sözün müəllifi isə AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəylidir.
Təqdim edilən kitab tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı. Bununla da konqres öz işini yekunlaşdırdı.

Qeyd edək ki, “Avrasiya Qiymətləndiricilər Birlikləri Şurası” Beynəlxalq Assosiasiyasının Özbəkistandan gələn nümayəndə heyəti tərəfindən Milli Məclisinin üzvü, professor Xanhüseyn Kazımlıya özbək milli geyimi, tədbirdə iştirak edən xanımlara isə milli şal və suvenir hədiyyə edildi.

"Təzadlar" bu mötəbər tədbirdə iki əməkdaşı ilə təmsil olunurdu...


JASMİN

Xanhüseyn Kazımlının “Böyük siyasətin davamı” kitabının təqdimatı oldu  - YENİLƏNDİ

Xanhüseyn Kazımlının “Böyük siyasətin davamı” kitabının təqdimatı oldu  - YENİLƏNDİ

Xanhüseyn Kazımlının “Böyük siyasətin davamı” kitabının təqdimatı oldu  - YENİLƏNDİ

Xanhüseyn Kazımlının “Böyük siyasətin davamı” kitabının təqdimatı oldu  - YENİLƏNDİ

Xanhüseyn Kazımlının “Böyük siyasətin davamı” kitabının təqdimatı oldu  - YENİLƏNDİ

Xanhüseyn Kazımlının “Böyük siyasətin davamı” kitabının təqdimatı oldu  - YENİLƏNDİ

Xanhüseyn Kazımlının “Böyük siyasətin davamı” kitabının təqdimatı oldu  - YENİLƏNDİ

Xanhüseyn Kazımlının “Böyük siyasətin davamı” kitabının təqdimatı oldu  - YENİLƏNDİ

Xanhüseyn Kazımlının “Böyük siyasətin davamı” kitabının təqdimatı oldu  - YENİLƏNDİ

Geri