DataLife Engine > Çap üçün versiya > Həftəbecər
DataLife Engine Azerbaijan Support > Mədəniyyət > Həftəbecər

Həftəbecər


14-05-2019, 15:21. Yerləşdirdi: admin
Müğənni Röya Ayxan “Zaurla Günaydın” verilişində, nə qədər qəribə olsa da, valideynlərə məsləhət verərək deyib: “Övladının yanında tanınmışları müzakirə etməsinlər...”
P.S. Bax buna deyərlər, asqırıb ayılmaq. Rəhmətliyin qızı, bir vaxtlar “Yağış-mağış” deyib yubkanı yuxarı qaldıranda bilmirdin ki, nə vaxtsa övladın olacaq və o sənin bu kimi hərəkətlərinə görə xəcalət çəkəcək? İnternetdə sənin az qala lüt olan şəkillərin hələ də göz deşirsə, bəs valideynlər övladlarına tərbiyə verməli deyillərmi ki, sənin kimisindən uzaq olsunlar?. Bu valideynlərin övladın yanında hansısa tanınmışın müzakirəsi deyil, sənin kimi abır-həyanı itirmişdən övladlarını qorumaqdır, Röya xanım.

***

Müğənni Zeynəb Dostəliyeva “Bizimləsən” verilişində qonaq olarkən televiziyaların dəvət etdikləri qonaqdan iri məbləğdə pul istəməsindən danışarkən deyib: “Məni indi verilişə təmənnasız çağırmısınız. Kanallar var ki, deyəndə elə qiymət oxuyurlar ki, o pulu ancaq yaxşı, gündə bir sponsor tapan qızlar verə bilər”.
P.S. Zeynəb xanım, heç səndən gözləməzdim. Necə yəni, “o pulu ancaq yaxşı, gündə bir sponsor tapan qızlar verə bilər”. Sənin sözündən belə çıxır ki, gündə efirlərdə gözlərimizi “mazol”, qulaqlarımızı yağır edən müğənni xanımlar, qızlar gündə bir sponsor tapır? Müğənni Rəqsanənin dediyi “sponsor səninlə yatıb-durmasa bir qəpik də verməz” sözlərini nəzərə alsaq, deməli, bizim şou-əhli xanımar gündə bir sponsor, yəni kişi dəyişir, hı mı? Mən şəxsən buna inanmıram. Bizim şou-əhli xanımlar abır-həyalarını nə qədər itirsələr də, Zeynəb xanım, onlar gündə bir kişi, yəni sponsor dəyişən arvadlara oxşamırlar axı. Maşallah olsun, hamısı aydan arı, sudan durudurlar.
***
***
Olmayan müxalifətin mitinq keçirməsinə icazə verilib-verilməməsindən danışan millət vəkili Siyavuş Novruzov bir qəzetə müsahibəsində belə deyib: “Bunlar mitinq keçirəndə özləri təxribat törədəcəklər, sonra bunu iqtidarın üstünə atacaqlar”.
P.S. Siyavuş müəllim, Məşədi Kazımın ruhuna and olsun ən böyük təxribat sənin bədən tərbiyəsi müəllimi kimi Milli Məclisə düşməyindir.
***
Qəzetlərin birində yazıya belə başlıq qoyulub: “Partiyalar iftar süfrəsi açacaqmı?”
P.S. Rəhmətliyin oğlu, yanıqda nə var ki, yoluğa nə versin? Siyasi partiyalar özləri iqtidarın əlinə baxırlar. Ələbaxan adam başqasına nə verə bilər ki?
***
Hazırda əsas müzakirə mövzusundan biri də “Meydan TV”-nin sabiq rəhbəri, iqtidari ən sərt tənqidlər edənlərdən biri Emin Millinin mövqeyni dəyişib, iqtidarın islahatlarına müsbət mesajlar verməsi, prezidentdən üzr istəməsidir ki, bu da dostlarının qınağına səbəb olub.
P.S. Emin Millini qınayanlar heç də yaxşı iş görmürlər. “Axırıncı aşırım” filmində Kərbəlayinin dediyi kimi, görüb əvvəl səhv edib, indi başa düşüb, silahı götürüb keçib bu tərəfə. Burada qınağa səbəb olan heç nə yoxdur axı...
***
Millət vəkili Rasim Musab əyovun “Azneft” meydanındakı keçiddə qarğıdalı qovurması (popkorn) satan 12 yaşlı uşağı vergidən yayınır və iy gəlir bəhanəsi ilə hay-küy salıb, oradan qovdurması, hətta öz həmkarlarının etirzanıa səbəb olub. Sosial şəbəkədə isə bu zillət vəkilini ağ yuyub, qara səriblər.
P.S. Rasim yoldaş, müəllim, bəy çox əcəb edib, əlinin də içindən gəlib. Bu uşaq az aşın duzu deyilmiş. Sən demə, həmin bu 12 yaşlı uşaq həbsdə olan Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevin 100 milyonlarla pulu mənimsəməsinin başlıca səbəbkarı imiş. Bundan başqa bankirin arvadı Zamirə Hacıyevanın Londonda 1 ilə 16 milyon dolları təkcə bir mağazada xərcləməsinin, 65 milyon dollara təyyarə almasının, 25 milyon dollara qolf meydançasını və 11 milyon dollara villa almasının səbəbkarı da bu 12 yaşlı uşaq imiş. Rasim müəllim, bəy, yoldaş möhkəm dayan, bu uşağı təcili tutdurmalısan. Hələ yoxlamaq lazımdır, bəlkə bu uşaq elə qarğıdalını ermənilərə satırmış. Niyə təəccüblənirsiniz? Məgər Bakıda 30 min erməni gəlinimizin olduğu fakt deyil? Hələ onların uşaqlarını, qohum-əqrəbasını demirəm. Kişinin oğlunun deputat kimi fəaliyyəti görünməsə də, milli məsələdə gündəmə gəlməyi bacarır də. Halal olsun mən ölüm.
***
Xalq artisti, korifey sənətkar Rasim Balayev bir qəzetə verdiyi müsahibədə kinonun bugünkü biabırçılıqlarından danışarkən deyib: “Açıq-saçıqlıq, filmə söyüş gətirilməsi gəncliyimizi pozur, onun həyata baxışlarına təsir edir. Bax belə axmaq işlərlə zövqü korlayırlar”.
P.S. Eh, ay Rasim müəllim, özünə əziy yət vermə, əsəbiləşmə. Bu gün teatr və kinonun başlıca məqsədi insanların zövqünü korlamaqdır dəə... Arvad paltarı geyib səhnədə hoppanıb-düşən rafaellərdən, coşqunlardan, düşük hərəkətləri, söyüşləri ilə ciddi tamaşaçılar tərəfindən özlərinə nifrət qazanan fəlakətlər, elməddinlər tamaşaçıların zövqünü elə korlayıblar ki, daha insanlar ciddi tamaşanın, kinonun nə olduğunu dərk edə bilmirlər. Bir sözlə, Rasim müəllim, kinomuz rəhmətə gedib, sadəcə fatihəsini verib, basdıran tapılmır.
***
Xəbər verilir ki, Gürcüstan son günlər yağan dolu və yağışlardan suyun içində üzür. Evlərə, obyektlərə, maşınlara çox ciddi ziyan dəyib.
P.S. Gürcüstanı bu vəziyyətə “Axırıncı aşırım” filmində deyildiyi kimi, müsəlmanların, yəni azərbaycanlıların Allahı salıb. Son günlər Azərbaycan-Gürcüstan sərhəddində yerləşən Keşikçidağ məbədi ilə bağlı azərbaycanlılara xor baxan, onları Orta Asiyadan gəlmə olduqlarını bildirən gürcü siyasətçilərin allahsız iddialarına Allah dözmədi. Min illərlə öz tarixi dədə-baba torpaqlarında yaşayan azərbaycanlılara yenə haqsızlıq edilərək “gəlmə xalq” deyilsə, Allah gürcülərin başına dolu da, yağış da və hələ bir daş da yağdıracaq.
***
Müğənni Kərim Abbasov “Ən yaxşısı” verilişində üçü birində bəstəkar, müğənni, şairə və hər üçündən də alayarımçıq olan Elza Seyidcahanla küsülü olmasından danışarkən deyib : “Bir insan ki, üstümə şantaj etsin ki, səni döydürərəm. Özü də bir neçə müğənninin yanında. Elza sevinsin ki, onu vurmadım”.
P.S. Ay Kərim, səni Allah saxlayıb ki, Elzanı vurmamısan. Ətövbə, peşmançılıq olardı. Həm də bu, uca Allahın işinə qarışmaq kimi başa düşülərdi. Nöşün ki, Allah vurmuşun bəndə nəyini vuracaq ki? Rəhmətliyin oğlu, bu xanım nə geyindiyini, nə danışığını bilir. İnsanların yerinə heyvanlara konset verir. Belə Allah vurmuşu, bəndə də vursa, onun günahı Allah tərəfindən bağışlanmaz. Yaxşı ki, Elzanı vurmamısan.
***
Xəbər verilir ki, müğənni Manaf Ağayev bahalı “Audi Q8” markalı avtomobil alıb.
P.S. Manaf Ağayevin sənəti ucuz olsa da, maşını baha olmalıdır ki, düşmən gözü çıxarsın. Bizim müğənnilər sənəti ilə yox, bahalı avtomobili, villası, əyin-başı və bədəni ilə öyünməyi xoşlayır axı...
***
Məlumatlara görə, müğənni sayılan Mətanət Əsədovanın banka borcu olduğuna görə ölkədən çıxışına qadağa qoyulub.
P.S. Deyirəm, xalqa olan hörmət borcunu vermədiyinə görə Mətanətin efirə çıxmasına da qadağa qoyulsaydı “bezdarnı”, yəni heç bir istedadı olmayan müğənnilərin birindən canımız qurtarardı.

ELÇİN
elcinmemmedli
[email protected]

Həftəbecər

Geri