DataLife Engine > Çap üçün versiya > “ƏDALƏT MURADOVUN SAXTA DİPLOMUNDAN 2017-Cİ İLDƏ PREZİDENTƏ MƏN YAZMIŞDIM”-MƏTBUAT ŞURASINA CAVAB
DataLife Engine Azerbaijan Support > Orta Manşet > “ƏDALƏT MURADOVUN SAXTA DİPLOMUNDAN 2017-Cİ İLDƏ PREZİDENTƏ MƏN YAZMIŞDIM”-MƏTBUAT ŞURASINA CAVAB

“ƏDALƏT MURADOVUN SAXTA DİPLOMUNDAN 2017-Cİ İLDƏ PREZİDENTƏ MƏN YAZMIŞDIM”-MƏTBUAT ŞURASINA CAVAB


15-05-2019, 11:13. Yerləşdirdi: admin
...Dünən İctimai təşkilat olan Mətbuat Şurasının adından “Təzadlar” qəzeti ilə bağlı bir məlumat yayılıb. Məlumatın mətnindən görünür ki, qeyri-peşəkar, naşı və savadsız şəxs tərəfindən hazırlanıb, bu məlumatın, MŞ-ın peşəkar rəhbər heyətinə aidiyyəti yoxdur. Məlumatda konkret fakt göstərilməsə də, qəzetə qarşı yalan və böhtan dolu ciddi ittihamlar səsləndirilib. Qeyd olunan məlumata münasibət bildirən “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili ictimainezaret.com saytına hüquqi əsaslandırmalarla geniş açıqlama verib. Maraqlıdır ki, həmin məlumatda xüsusi olaraq vurğulanır ki, guya "Təzadlar"da yazılan məqalələr araşdırılıb, həmin yazılar əsassız olub və s. "Təzadlar"ın əməkdaşına bu barədə açıqlama verən Asif Mərzili isə qısa olaraq bunları söylədi:
-Söhbət Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və Prezident yanında AAK-ın keçmiş sədr əvəzi Vəli Hüseynov barədə olan yazılardan gedir, amma MŞ-ın həm əvvəllər, həm də dünən-mayın 14-də yaydığı məlumatında kimin şikayətçi və ya narazı olduğu açıqlanmır, onların ismi gizli saxlanılır. Bu isə bu məlumatı yayanların və ya yaydıranların qərəzli olduğunu açıq şəkildə göstərir. Bunu nəzərə alaraq hər iki məmur, yəni Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və Prezident yanında AAK-ın keçmiş sədr əvəzi Vəli Hüseynov barədə həm ADİU-nun, həm də AAK-ın professorları və müəllimləri tərəfindən bir müddət əvvəl "Təzadlar"a, eləcə də ölkə Prezidentinə, Mətbuat Şurasına şəxsən təqdim edilmiş və ya göndərilmiş şikayət məktublarını təkrar təqdim edək, Azərbaycan ictimaiyyəti o məlumatı yaynların hansı məqsədə qulluq etdiyini görsün.
Tarix: 12/3/2019 Baxış sayı: 11351
Aslan Məmmədov: “Ədalət Muradov, elmlər doktoru, dosent olmaya-olmaya, professor diplomunu necə və kimin əli ilə əldə etmişdiniz?”
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin Professoru, Respublikanın Əməkdar müəllimi Alıcan Abbasov universitetdə baş verənlərlə bağlı ötən günlərdə “Təzadlar” qəzetinə geniş açıqlama vermişdir. Professorun müsahibəsi böyük rezonans doğurmuşdur. O, müsahibəsində ADİU-nun rektoru Ədalət Muradovun qanunsuz və əsassız hərəkətlərindən cana yığıldıqlarını söyləməklə bərabər, bu barədə “Təzadlar”a şikayət edən müəllimlərin problemlərini işıqlandırmasından qəzəblənib qəzetdən Azərbaycan Mətbuat Şurasına şikayət edərək bu ictimai qurumdan əsassız olaraq təzyiq vasitəsi kimi istifadə etmək cəhdinə də toxunmuşdur.
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin Professoru, Respublikanın Əməkdar müəllimi Alıcan Abbasov universitetdə baş verənlərlə bağlı ötən günlərdə “Təzadlar” qəzetinə geniş açıqlama vermişdir. Professorun müsahibəsi böyük rezonans doğurmuşdur. O, müsahibəsində ADİU-nun rektoru Ədalət Muradovun qanunsuz və əsassız hərəkətlərindən cana yığıldıqlarını söyləməklə bərabər, bu barədə “Təzadlar”a şikayət edən müəllimlərin problemlərini işıqlandırmasından qəzəblənib qəzetdən Azərbaycan Mətbuat Şurasına şikayət edərək bu ictimai qurumdan əsassız olaraq təzyiq vasitəsi kimi istifadə etmək cəhdinə də toxunmuşdur.
Bu müsahibənin ardınca redaksiyamıza zəng edən iqtisad elmləri namizədi, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Aslan Məmmədov əməkdaşımıza geniş müsahibə vermək istədiyini söyləmişdir.
Beləliklə, Professor Alıcan Abbasovun dünən tezadlar.az saytında yayımlanan müsahibəsinə münasibət bildirmək üçün redaksiyamıza telefon açan iqtisad elmləri namizədi, dosent Aslan Məmmədov qəzetimizə indiyədək eşitmədiyimiz dəhşətləri açıqladı.
ARAYIŞ: Məmmədov Aslan Tahir oğlu, Qazax rayonunda anadan olmuşdur.1966-1970-ci illərdə Azərcaycan Xalq Təsərrüfatı İnstitutunun “Maddi-Texniki Təchizatın iqtisadiyyatı və planlaşdırılması” ixtisasını, 1970-1975-ci illərdə Azərcaycan Xalq Təsərrüfatı İnstitutunun aspiranturasını bitirmişdir. Uzun illər Dövlət Maddi-Texniki Təchizat Komitəsində işləmişdir.1982-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir. 1988-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Marketinq” kafedrasının dosenti olmuşdur.
- Aslan müəllim, universitetdən redaksiyamıza şikayət daxil olmuşdur ki, rektor Ədalət Muradov magistrlərin elmi rəhbərliyinə əsasən kənardan elmi rəhbərləri gətizdirir. Biz rektora sorğu göndərdik, cavab verildi ki, magistrlər elmi rəhbəri özləri seçirlər. Belə çıxır ki, onlar ADİU-nun professorlarını istəmirlər... Bu doğrudurmu? Niyə magistrlər universitetin özünün professorlarına güvənmirlər? Sizinlə bağlı belə bir problem yaşanıbmı?
- Bunlar hamısı rektor Ədalət Muradovun apardığı siyasətin tərkib hissəsidir... Birincisi, sizin qəzetin barəsində rektor Ədalət Muradovun əsassız və qərəzli şəkildə, özü qanunsuz əməllər sahibi ola-ola, hələ bir Mətbuat Şurasına şikayət də edib sizə təzyiq göstərməsini oxuyanda dəhşətə gəldim. Gör kim hüquqlarının mətbuatda pozulmasından şikayət edir! Bəs biz professorların 5 ildir hüquqları tapdanır, Türkiyədə Fətullah Gülənin universitetlərini bitirmişlərin ayağına verilirik, bəs bu haqsızlığı kimin ayağına yazaq? Bir daha mənim adımdan yazın: Professor Alıcan Abbasovun söylədiklərinin hamısı doğrudur! “Təzadlar” qəzetinin yazdıqları həqiqətdir, yazdıqlarınız baş verən qanunsuzluqların yüzdə biridir...
- Aslan müəllim, şikayətləri araşdıranda məlum olurdu ki, Azərbaycan Dövlət İqtisad Universiteti rektorunun 19.06.2017-ci il tarixli əmrinə əsasən Beynəlxalq magistratura və doktorantura Mərkəzinin tabeliyində yeni struktur bölmə kimi “İqtisadiyyat və idarəetmə” kafedrası yaradılıb. Həmin kafedraya Yaşar Kəlbiyev rəhbər təyin edilib. Y.Kəlbiyev isə “Azərsu”da böyük bir idarənin rəisidir. Maraqlıdır, universitetin özündə bacarıqlı kadr yox idimi?

“ƏDALƏT MURADOVUN SAXTA DİPLOMUNDAN 2017-Cİ İLDƏ PREZİDENTƏ MƏN YAZMIŞDIM”-MƏTBUAT ŞURASINA CAVAB



- Birincisi, bu məsələdə təqsir Yaşar Kəlbiyevdə deyil. Təqsir orda bir Fariz Əhmədov var, Beynəlxalq magistratura və doktorantura Mərkəzinin direktorudur, ondadır, bir də rektor Ədalət Muradovda... Diqqət edin, Fariz Əhmədov bizim universitetin Türk Dünyası İşlətmə Fakultəsini bitirib, 2003-2005-ci illərdə Türkiyədə Sakarya Universitetinin magistri olub, 2006-2010-cu illərdə yenə də Türkiyənin həmin Sakarya Universitetinin doktorantı olur... Və Prezident yanında AAK-ın 5 saylı əmri ilə doktorluq diplomu nostrifikasiyası olunub. Necə? Tərcümeyi halında yazılır ki, o, 2-ci Doktorantura təhsilini davam etdirib və 2015-davamlı olub. Və ona Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 7 Oktyabr 2016-ci il Tarixli qərarı ilə dosent elmi adı verilib. Bunlar onun tərcümeyi-halında yazılıb. Şəxsən mənim üçün sual doğuran məsələlər var, bu barədə sonra ətraflı danışacağam. Gələk Ədalət Muradov məsələsinə: bilirsiniz ki, cənab Prezidentin son illər verdiyi sərəncamları ilə çoxlu sayda artıq idarəetmə strukturları ləğv olunub, bəzi nazirliklər və komitələr isə fəaliyyətini dayandırıb. Amma bizim universitetdə tərsinədər. Məqsəd nədir, deyim: iqtisadi idarəetmə ilə bağlı 10-a yaxın kafedra olduğu halda, rektor Ədalət Muradovun əmri ilə ilyarım əvvəl “İqtisadiyyat və idarəetmə” kafedrası yaradıldı. Bu kafedra Beynəlxalq magistratura və doktorantura mərkəzinin tabeliyində oldu. Fariz Əhmədov Mərkəzin direktorudur, Yaşar Kəlbiyev isə həmin bu kafedranın müdiridir. Maraqlanın, araşdırın, adı “Beynəlxalq magistratura və doktorantura” olan bu Mərkəzdə xaricdən neçə magist və ya doktorant təhsil alır? Onda sizə hər şey məlum olacaq. Mənim adımdan yazın ki, dosent Aslan Məmmədov bunları dedi: o vaxt elan etdilər ki, magistrlərə dərs demək üçün müsabiqə elan olunur, ərizə verin. Hamı kimi mən də ərizə verdim. Mən 1966-cı ildən bu universitetlə bağlıyam... Bizə demişdilər ki, əmək haqqına 30 faiz əlavə olacaq. Sevindim. Məni götürmədilər. Halbuki Azərbaycanda marketinq üzrə dərslik və dərs vəsaiti yazan yeganə müəllif mənəm. Mən bu haqsızlığa dözməyib ordan ərizə yazıb çıxdım. Yəni, o Fariz Əhmədov 2 ildir orda nə edir, hamı bilir. Heç bir magistr elmlər doktorundan imtina etmir, edə də bilməz... Bu onların əməlidir...
Fariz Əhmədov 3-4 il olar ki, müdafiə edib. Namizəddir, dosent deyil. Dosent attestatı yoxdur. Orda bir neçə magistr ərizə yazıb ki, bizə filankəsi elmi rəhbər verin. Deyiblər ki, yox, biz elmlər doktorlarını rəhbər vermirik. Sadəcə olaraq rektor Ədalət Muradov özündən əvvəlki elmlər doktorlarını gözümçıxdıya salıb, təqib edir -sözün əsl mənasında. Beynəlxalq magistratura və doktorantura Mərkəzi bu vəziyyətdədir, halbuki adı beynəlxalq olsa da, orada xaricdən bir nəfər də olsun magistr yoxdur. Yəni, orda Yaşar Kəlbiyevlik bir iş yoxdur. Hamısı rektorla Fariz Əhmədovun əməlidir. Yazın mənim adımdan ki, Yaşar müəllim, bunu Aslan Məmmədov deyir: Hansı magistr bizdən imtina edib? Qoy, cavab versin!
- Aslan müəllim, eşitdiyimizə görə, Siz rektor Ədalət Muradovun qanunsuz yolla əldə etdiyi doktorluq və professor diplomları ilə əlaqədar yuxarı instansiyalara, hətta Prezidentə belə müraciət etmisiniz. Bu doğrudurmu?
- Mən Sizin bu barədə yazdıqlarınızı sonralar bildim. Amma mən sizdən xeyli əvvəldən Prezident İlham Əliyevə də, Mehriban xanım Əliyevaya da bu barədə yazmışam və rəsmi sənədlər göndərmişəm. Həmin məktubların surətlərini və aldığım cavabları sizə göndərirəm. Maraqlıdır ki, mənim bu müraciətlərim Prezident yanında AAK-ın müvəqqqəti sədri olan Vəli Hüseynova, o da həmin məktubları tədbir görülməsi üçün Ədalət Muradova göndərmişdir. Gülməli də olsa... Ədalət Muradovun da cavabını tapıb sizə göndərəcəyəm.
- Həmin cavab məktubunda nə yazılırdı?
- Mən yazmışdım ki, məsələn, atı arabanın arxasına yox, qabağına qoşmaq lazımdır, yəni əvvəlcə elmlər doktoru olmaq lazımdır ki, sonra sənə professor diplomu verilsin. Amma Ədalət Muradova əksinə, əvvəlcə professor diplomu verilib, sonra isə ona doktorluq diplomu təqdim ediblər. Halbuki əksinə olmalıdır, əsasnamə belə tələb edir. Həm də yazmışdım ki, o, elmlər doktoru dərəcəsini nostrifikasiya etməmiş və professor olmamış necə olur ki, AAK-da iqtisadiyyat üzrə ekspert şurasının sədr müavini olmuşdur? Onlar mənə yalandan cavab yazmışdılar ki, bu şərtlər 1994-cü ilədək müdafiə edənlərə aid deyildir və nostrifikasiya tələb olunmurdu. Mən yazdım ki, axı Ədalət Muradov 1998-ci ildə müdafiə edib və üstündən 16 il keçəndən sonra- 2014-cü ildə həmin doktorluğu tanıtmışdır... Qanunun tələblərinə görə müdafiədən sonra 10 il ərzində həmin doktorluq dissertasiyası tanıdılmırsa, bir daha yenidən müdafiə olunmalıdır. Lakin Ədalət Muradov bunu etməmişdir. Mən prezdentə bu barədə 2017-ci ilin noyabr-dekabr aylarında yazmışdım. Yazmışdım ki, Azərbaycanda doktorluq və professorluq diplomunu əldə etmək üçün ən azı 4-5 il vaxt lazım gəlir. Yəni, bu 4-5 il ərzində iddiaçı məqalə, monoqrafiya, hansısa kitab və ya dərslik proqramı yazmalıdır ki, həmin diplomları əldə edə bilsin. Lakin Ədalət Muradovda isə bunların heç biri olmamışdır, bəs onda bu diplomları necə əldə etmişdir? Cənab Prezidentə, o cümlədən yazmışdım ki, Ədalət Muradov universitetdə “differensial əmək haqqı” sistemi tətbiq edib. Yazmışdım ki, komissiya göndərilsin və yoxlanılsın ki, həmin yüzlükdə rektora yaxın olmayan daha kimlərin adları var? Və həmin adamlar hər il yerlərini dəyişməklə həmin yüzlükdə yenə də yer tuturlar. Sual olunur: başqaları bu illər ərzində necə oldu ki, həmin tələbləri ödəyə bilmədi? Rektor əmək haqqını artırmır, çünki özünə yaxın adamlar başqa mənbələrdən dolanır.
Universitetin ümumi gəliri bütün müəllimlərin əməyi hesabınadır. Təxminən 1700-ə yaxın pedaqoji kollektivdir. Necə ola bilər ki, Muradov rektor gələndən bəri yalnız rektora yaxın 100 nəfər həmin əmək haqqı sisteminə daxil olur və bəhrələnir. Bu necə ola bilər, başqaları nə işlə məşğuldur? Ədalət Muradov tanınmış alimləri, böyük uğurlar qazanmış elm adamlarını kənara qoyub, yalnız özünə yaxın adamlara mükafat yazdırır. O, özünə yaxın adamlarından olan bir xanım əməkdaşa adi bir konfransın təşkilinə görə 3500 manat mükafat yazmışdır. Bir müxbir göndərin gedib universitetin mühasibatlığından mükafat alanların siyahısını əldə etsin. Dəhşətə gələcəksiniz. Görəcəksiniz mükafat alanlar kimlərdir... Bu barədə də prezidentə yazmışdım...
Mən həmin məktubları sizə göndərəcəyəm və özüm də gəlib sizə sensasiyalı açıqlamalar verəcəyəm. Sizdən çox xahiş edirəm, bunları mənim özümün adımdan yazın: bir ağsaqqal elm adamı kimi dəhşətə gəlirəm. Universitetin Qarabağ müharibəsində şəhidləri var. Həmin şəhidlərin xatirə lövhəsi universitetin binasının önündəki qədim Qala divarlarına həkk olunmuşdu. Günlərin birində nə baş versə yaxşıdı?! Allah bütün şəhidlərə rəhmət etsin, biz düşünürdük ki, həmin şəhidlərin xatirə lövhəsinin Qala divarlarında olması o deməkdir ki, onlar xalqımızın qəhrəmanlıq zirvəsi və qalasıdır, arxasında isə qala kimi dövlətimiz dayanıb. Ədalət Muradov gələn kimi həmin xatirə lövhəsini oradan götürdərək, (mən bunları deyəndə dəhşətə gəlirəm, sarsılıram) universitetin ayaqyolusunun düz qarşısına yerləşdirdi. Və zibilliyin yanına. Özü də Qarabağlıdır, torpağı işğal olinmuş adamdır...

"Necə olur ki, FETÖ-nun universitetini bitirənlər gəlib burada vəzifə sahibi olur, amma bu ölkənin
doktorlarına, professorlarına vəzifə vermirsiniz?”


- Sizin şikayətlərə bəs AAK-ın sədr əvəzi Vəli Hüseynov o vaxtı nə cavab vermişdir?
- Maraqlıdır ki, mən Ədalət Muradovun doktorluq diplomundan yazıb cəzalandırılmasını tələb edirdim ki, gələcəkdə belə nümunələr təkrarlanmasın, Vəli Hüseynov isə məni guya aldadırmış kimi, cavab yazır ki, Siz doktorluq müdafiə etmək istəyirsiniz, ona görə də çalışdığınız universitetə mürasiət edin... İnsan özünü nə qədər axmaq yerinə qoymalıdır ki, qarşısındakını da fərqli təsəvvür etsin. Axı mən doktorluq, professorluq iddiasında olmamışam və belə bir məktubum da, müraciətim də olmamışdır. Bu nə axmaq cavablamadır? Axırda mən məcbur olub Mehriban xanıma yazdım ki, bu saxtakarların öhdəsindən gəlin, bunlar kimi aldadır? Və nəhayət, yazdım ki, hörmətli Mehriban xanım, Siz bu Vəli Hüseynovu başa salın ki, xalqın əsəbləri ilə oynamasın, mən artıq pensiyaçıyam və doktorluq diplomu almaq iddiasında deyiləm.
Mən belə başa düşdüm ki, Vəli Hüseynov məni barmağına dolayır, təhqir edir, ələ salır. Bu ölkə qanunlarına qarşı saymazlıqdır! Mən 5 il almanlarla, 3 il macarlarla və uzun illər Rusiyada elmi tədqiqatlarla məşğul olmuşam . “VDNX”-nın qızıl medalına layiq görülmüş iqtisadçı aliməm. Mənim Yaşar Kəlbiyevi müdafiə etmək fikrim yoxdur, amma dəqiq deyirəm, 5 magistr ərizə yazıblar ki, Fariz müəllim, biz filan professorları elmi rəhbər seçmək istəyirik. Hətta onların biri mənim qohumum idi... O da deyib ki, biz doktorları elmi rəhbər vermirik. Həmin magistrlərin siyahısını sizə təqdim edəcəyəm. Yaxşı, Fariz Əhmədov, bəs onda siz kimləri elmi rəhbər təyin edirsiz? Necə olur ki, Beynəlxalq magistraturada doktorlara dərs saatı vermirsiniz, amma magistraturanı bitirmiş kimlərəsə dərs saatı verirsiz? Təsəvvür edin, magistraturanı bitirən magistrarturada dərs verir, doktor və professorlar isə kənarda qalır. Bax elə bu səbəbdəndir ki, bu ilin qış sesiyasında 477 magistrin 88-i, yəni 20%-ə qədəri akademik borcla yerində qaldı, yəni kəsildi... Necə olur ki, FETÖ-nun universitetini bitirənlər gəlib burada vəzifə sahibi olur, amma bu ölkənin doktorlarına, professorlarına vəzifə vermirsiniz? Ədalət Muradov, vaxtilə “Təzadlar” qəzeti səhvmi yazmışdı, bax bunlara cavab ver! Bir dekan var, özünün kəndçisidir... Marketinq kafedrasıyla biznes kafedrasını birləşdirib onu ora dekan qoydu... Bir sözlə Ədalət Muradovun özündən əvvəl orada işləmiş, illərini qurban vermiş, can qoymuş professor- müəllim heyətini görməyə gözü yoxdur. Bütün vasitələrlə onları perikdirib, bezdirib qaçırdır. Bir dəfə mən Damət Bağırovdan soruşdum ki, Damət müəllim, mən magistraturada dərs deməyə doğrudanmı layiq deyiləm? O, mənə açıq şəkildə bildirdi ki, vallah, bu rektorun işidir, mənlik deyil! Kafedra müdiri Yaşar Kəlbiyevə deyirəm ki, niyə mənə magistraturada dərs saaatı vermirsən? Deyir ki, rektor qoymur! Mən tam məsuliyyətlə deyirəm ki, bütün bunlarda Yaşar Kəlbiyevin heç bir günahı yoxdur. Hamısı Ədalət Muradovdan asılıdır.
- Axı bildiyimizə görə, rektor ədalətli insandır?
-Siz nə danışırsız, onda ədalət adlı heç nə yoxdur. Şəxsən mən onun özünə demişəm ki, Ədalət müəllim, Dədə Qorqud seçib-tanıdıqdan sonra ad verərdi, amma sənə ad veriləndə səhvə yol verilib...

“Araşdıranda gördüm ki, Ədalət Muradovun nə doktorluğunun, nə də namizədliyinin avtoreferatı heç bir yerdə yoxdur...”


- Ədalət müəllim niyə kənardan müəllim cəlb edir, lakin universitetin müəllimlərinə etibar etmir?
- Səbəb budur: bilirsiniz ki, o necə professorluq və doktorluq diplomlarını alıb, bu barədə prezidentə ilk dəfə yazan mən olmuşam, savadsız şəxs heç zaman istəməz ki, onun ətrafında savadlı insanlar olsun! Mən Ədalət Muradovu məhkəməyə verəcəkdim, amma siz məni qabaqladınız. Dedilər ki, siz artıq Vəli Hüseynovu və onu məhkəməyə vermisiz. Onun yerli kadrları görməyə gözü yoxdur. O, elə bilir ki, məni kmsə öyrədir və şikayət yazdırır. Atamın goruna and içirəm ki, bu əsassızdır. Məni heç kim məcbur etməyib ki, Prezidentə və Mehriban Əliyevaya müraciət yazım. Məni bu şikayətlərə məcbur edən, açıq deyirəm, Ədalət Muradovun ədalətsiz hərəkətləri, bizi ələ salmağı, incitməyidir. Mən yazıram ki, bu ənənəsi olan universiteti dağıdır, məhv edir. Mən 21 yaşım olandan, 1971-ci ildən burda çalışır və fəaliyyət göstərirəm. O, bu universiteti məhvə aparır. Bir sorğu aparsınlar ki, universitetin hazırkı pedaqoji kollektivinin neçə faizi ondan razıdır. Ən azı 90% ondan narazıdır.
- Aslan müəllim, bir səmimi sual verim, bu dedikləriniz barədə “Təzadlar” qəzeti dəfələrlə yazib, yəqin oxumusunuz?
- Bəli, hamısını oxumuş və izləmişəm.
- Nəyisə, səhv, yaxud artıq-əskik, yalan yazmışıqmı?
- Yox!!! Siz hamısını düz yazmısınız. Hələ baş verənlərin 1%-ni yazmamısınız, hələ siz çox az yazmısınız. Doktorluğundan, professorluğundan, differensial əmək haqqısından, yaxınlarına mükafat paylamasından... Hamısını düz yazmısınız. Ədalət Muradov rektor təyin olunanda tərcümeyi-halında yazmışdı ki, guya bir monoqrafiyanın və bir dərsliyin müəllifidir, hətta namizədlik və doktorluq dissertasiyalarının da adını yazmışdı. Mən bütün beynəlxalq və yerli şəbəkələrdə bu dissertasiyaları dəqiqliklə araşdırıb axtardım. Araşdıranda gördüm ki, Ədalət Muradovun nə doktorluğunun, nə də namizədliyinin avtoreferatı heç bir yerdə yoxdur. Sonra onun dərsliyini və monoqrafiyasını axtardım. Heç yanda tapmadım...
- Nəyinizə lazım idi?
- Doğrusu, onun savadını öyrənmək istəyirdim ki, rektorumuzdur, yəqin xüsusi intellektə malikdir. Axı o, xüsusi iddialarla gəlmişdi ki, burda rüşvətin kökünü kəsəcəyəm. Nə qədər adam rüşvət yığmışdı, yalnız 8 nəfərini işdən qovdu, bəs qalanlarına niyə dəymədi? Çünki öz adamları idi. Mən onları adbaad bilirəm...
- Rektor gələndə söz vermişdi ki, rüşvətin kökünü kəsəcəyəm. Kəsibmi?
- Bəli, tələbələrdən semestr imtahanlarında rüşvət demək olar yığışdırılıb. Çox yaxşı... Amma bilirsiniz o, neyləyib: bu sahədə çox ağıllı adamdı. Bəli, o, tələbələrdən rüşvət yığdırmır, ola bilər kimsə gizlin oğurluq edir, bunu qoyaq bir kənara. Bilirsiz də bizdə Boloniya sistemidir. 4-cü kursda kəsiri olanlar dövlət imtahanına buraxılmır. Onlardan çox yaxşıca pul yığırdılar... İndi vəziyyət necədir, bilirsiniz?! Danışmağa utanıram ki, üzdə nə deyib arxada nə işlər görürlər. Axırıncı dəfə 680 min manat pul yığılmışdı. O isə deyir ki, mənim xəbərim yoxdur. Bu necə ola bilər, axı sən rektorsan. Bu adam heç kimi qəbul eləmir və dinləmir. Şəxsən o, mənə magistraturada dərs saatı verməyəndə qəbuluna getdim məni qəbul etmədi. Sonra dəftərxanaya ərizə yazıb qardaşı oğluna verdim. Yazdım ki, mənə izah edin niyə mənə dərs vermirsiniz? Ona da cavab vermədi. Bundan sonra özümü təhqir edilmiş saydım və ordan çıxdım... Mən ona imkan verməzdim ki, mənim şərəf və ləyaqətimi iqtisadçı alim kimi təhqir etsin. Orda Qabil müəllim var, kifayət qədər savadlı və təcrübəli insan idi. Magistraturanın rəhbəri idi. O, Fariz Əhmədovu yerləşdirmək üçün magistraturanı 2 yerə parçaladı. Elə şeylər var ki, sadəcə, onları danışmağa xəcalət çəkirəm.
O, FETÖ-in elektrik işarəsi olan emblemini universitetin az qala gerbinə çevirib. İnkişaf əslində düz xətt üzrə gedir, bu işarə isə Fətullah Güləndən qalmadır... Bu günlərdə Türkiyənin parlament sədri Bakıda olanda açıq şəkildə dedi ki, Azərbaycanda hələ də Fətullahçılara işləyən, dəstək verən KİV-lər, insanlar var. İnanıram ki, bu məsələ həm də Ədalət Muradovun ətrafında araşdırılmalıdır... Bir daha deyirəm, başımla cavabdehəm ki, rektor Ədalət Muradovun barəsində yazılan tənqidlərlə bağlı Mətbuat Şurasına şikayət edib qəzetə təzyiq etməsi absurddur, əsası yoxdur. “Təzadlar” qəzetinin yazdıqları bütün universitetin kollektivinin 90 faizinin ürəyindən olub. Mən bu barədə cənab Prezidentə, Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciətimi dünən Mətbuat Şurasının elektron poçtuna göndərdim ki, bu təzyiqlərə son verilsin. Eləcə də Şuranın komissiya sədri Vüqar Rəhimzadəyə zəng vurub fikrimi söylədim, dedim, Ədalət Muradov kimi adamı müdafiə edib qəzetə təzyiq etmək yolverilməzdir...
- Müsahibəyə görə minnətdarıq.
Dinlədi: Zaur

Geri