DataLife Engine > Çap üçün versiya > PREZİDENT YANINDA XÜSUSİ İDARƏNİN POLKOVNİKİ İQTİSAD UNİVERSİTETİNDƏKİ BİABIRÇILIQDAN DANIŞDI
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > PREZİDENT YANINDA XÜSUSİ İDARƏNİN POLKOVNİKİ İQTİSAD UNİVERSİTETİNDƏKİ BİABIRÇILIQDAN DANIŞDI

PREZİDENT YANINDA XÜSUSİ İDARƏNİN POLKOVNİKİ İQTİSAD UNİVERSİTETİNDƏKİ BİABIRÇILIQDAN DANIŞDI


15-06-2019, 06:22. Yerləşdirdi: admin
Rövşən Novruzoğlu: «Bəs görəsən Dövlət İqtisad Universitetindəki İctimai Şuranın Etibarı, Şahları, Elşadı, Zülfüqarı… harada idilər»
Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Dövlət İqtisad Universitetində şok hadisə baş verib. Belə ki, sabiq millət vəkili, ADİU İctimai Şurasının üzvü Şahlar Əsgərovun baldızı, professor Validə Mehdizadənin rəhbərlik etdiyi "Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı" kafedrasında müəllim işləyən Rövşən Həsənovun 3-cü kurs, 598 saylı qrupda oxuyan oğlu Cavidan Həsənovun imtahan qiyməti və semestr balı qanunsuz olaraq artırılıb. Bu azmış kimi, həmin qrupda oxuyan digər tələbə Rövşən Cəlilovun da imtahan qiyməti və semestr balı süni artırılıb. "Texnoloji maşınlar və sahə avadanlığı" ixtisasında oxuyan 3-cü kurs, 737-ci qrup tələbəsi Əjdər Səfərovun və həmin ixtisas üzrə 4-cü kurs, 795-ci qrup tələbəsi Nərmin Əliyeva da bu ciddi korrupsiya halı ilə bağlı dindirilib. Müəllimlərin «Təzadlar»a verdiyi məlumata görə, kütləvi surətdə onlarla tələbə ümumi işlər üzrə prorektor İ.Hüseynov və universitetin daxili audit şöbəsinin müdiri Hikmət Babayev tərəfindən ilkin olaraq dindirmişdir. Məlum olur ki, çoxsaylı tələbələrin də imtahan və semestr balları eyni üsulla düzəldilib... Artıq bu məsələ ilə prokurorluq orqanlarının ciddi məşğul olduğu deyilir. Məlumata görə, rektor Ədalət Muradov təcili toplantı keçirib, vəziyyətdən çıxış yolu axtarılır. Çünki uzun müddətdir adını «islahatçı rektor» kimi təbliğ etdirən Ədalət Muradov üçün bu məsələ göydəndüşmə narahatçılıq və bəd sürpriz olub.
PREZİDENT YANINDA XÜSUSİ İDARƏNİN POLKOVNİKİ İQTİSAD UNİVERSİTETİNDƏKİ BİABIRÇILIQDAN DANIŞDI
Lakin maraqlıdır ki, ADİU-da rektorun daim təriflədiyi və şəffaflığın rəmzi kimi təqdim etdiyi İctimai Şura harada imiş ki, belə neqativ hadisə baş verib?
Məsələ ilə bağlı milli təhlükəsizlik üzrə ekspert Rövşən Novruzoğlu ADİU-da baş verən hadisə barədə bunları dedi:
-Dövlət İqtisad Universitetində baş verən bu neqativ, xoşagəlməz hadisə barədə dünən mənə də məlumat çatdı. Çox təəssüflər olsun ki, cənab Prezident korrupsiyaya qarşı mübarizəni sürətləndirdiyi bir vaxtda, eləcə də təhsil naziri Ceyhun Bayramovun təhsil sistemində dinamik və şəffaf şəraitin yaradılmasına səy göstərdiyi bir zamanda rektor Ədalət Muradovun rəhbərlik etdiyi universitetdə belə bir hadisə baş verib. Özü də ADİU-nun İctimai şurasının ağsaqqalı Şahlar Əsgərovun baldızının kafedrasında. Soruşuram: bəs özünü hər yerdə təhsil eksperti adlandıran, universitetin İctimai Şurasının gözçıxardanı Etibar Əliyev, Şahlar Əsgərov, Əliməmməd Nuriyev, Elşad Eyvazlı, Zülfüqar Hüseynzadə və digərləri harada idilər ki, belə bir neqativ hadisə baş verib? İnanıram ki, Prezident Administrasiyası və hüquq mühafizə orqanları bu məsələ ilə bağlı sərt tədbir görəcəklər… Çox istərdim ki, hüquq mühafizə orqanları bir faktı da araşdırsınlar: ADİU-da təkcə Ədalət Muradov rektor gələndən, yəni 2014-2019-cu illər ərzində təkcə qış imtahan sessiyasında 9187 tələbə kəsilib. 2018-2019-cu tədris ilində isə bu rəqəm 2099 olub. Yoxlasınllar ki, bu akademik borcu olan tələbələr sonradan qiymətini necə və hansı yolla düzəldiblər??? Qış və yay imtahan sessiyalarında isə bu rəqəm 20 minə yaxın tələbə deməkdir... Bəs magistraturada vəziyyət necədir??? İndi özünüz nəticə çıxarın...
Araşdırmamız davam edir, bizi izləyin.
Təqdim etdi: Səbuhi

PREZİDENT YANINDA XÜSUSİ İDARƏNİN POLKOVNİKİ İQTİSAD UNİVERSİTETİNDƏKİ BİABIRÇILIQDAN DANIŞDI

Geri