DataLife Engine > Çap üçün versiya > Bakıda ana və qızının intiharı ilə bağlı cinayət işi başlanıb
DataLife Engine Azerbaijan Support > Üst manşet > Bakıda ana və qızının intiharı ilə bağlı cinayət işi başlanıb

Bakıda ana və qızının intiharı ilə bağlı cinayət işi başlanıb


14-06-2019, 17:12. Yerləşdirdi: admin
Prokurorluq Bakıda ana və qızının intiharı ilə bağlı açıqlama yaydı:"Cinayət işi başlanıb"
Bu gün Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluqdan "Təzadlar"a verilən məlumata görə, yaşayış binalarının birində 10-cu mərtəbədə yerləşən mənzildə yaşayan 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə və onun qızı 1990-cı il təvəllüdlü Mahmudova Xədicə özlərini yaşadıqları mənzilin pəncərəsindən yerə ataraq intihar edib.
Faktı üzrə Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. .
İş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilib və hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
***
"Təzadlar" bildirir ki, hadisə iyunun 14-də saat 13:00 radələrində baş verib. Bu barədə Yasamal rayon Prokurorluğundan məlumat verilib. Ana və qız özlərini 10-cu mərtəbədən atıb. İntihar edən şəxslər 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə Cümşüd qızı və 1990-cı il təvəllüdlü Allaherdiyeva Xədicə İsmayıl qızıdır. Məlumata görə, əvvəl anası özünü evin pəncərəsindən atıb. Qızı bu dərdə dözməyərək, eyni yolla intihar edib. Allahverdiyeva Rübabənin şizofreniyadan əziyyət çəkdiyi bildirilir.
İntihar edən şəxslərin “Respublika” qəzetinin baş redaktorunun müavini İsmail Allahverdiyevin həyat yoldaşı və qızı olması barədə məlumat yayılmışdır.
“Respublika” qəzetindən isə “Report”a bildirilib ki, redaksiyada İsmayıl Allaverdiyev adlı şəxs çalışmır.
AZAD

Geri