DataLife Engine > Çap üçün versiya > "CİNAYƏT HÜQUQU: XÜSUSİ HİSSƏ”-TƏQDİMAT
DataLife Engine Azerbaijan Support > Mədəniyyət, Manşet, Üst manşet > "CİNAYƏT HÜQUQU: XÜSUSİ HİSSƏ”-TƏQDİMAT

"CİNAYƏT HÜQUQU: XÜSUSİ HİSSƏ”-TƏQDİMAT


7-11-2019, 13:47. Yerləşdirdi: admin
Bu gün noyabrın 7-də “Hüquq Ədəbiyyatı” ixtisaslaşmış kitab mağazasında Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun “Cinayət hüququ, cinayət prosesi” şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə elmlər doktoru, professor Məhəmməd İmanlının “Cinayət hüququ. Xüsusi hissə”adlı kitabının təqdimat mərasimi keçirilir.
Təqdimat mərasimində respublikanın tanınmış elm adamları, hüquqşünas-alimlər və KİV nümayəndələri iştirak edirlər.
Bu gün cinayətkarlıqla mübarizə, təkcə respublika hüdudlarında deyil, həm də beynəlxalq miqyasda aparılan mübarizəyə inteqrasiyanın zəruriliyi yetişən gənc hüquqşünaslar nəsli tərəfindən bütün ciddiyyəti və aktuallığı ilə dərk edilməlidir. Bu baxımdan görkəmli hüquqşünas, hüquq elmləri doktoru, professor İlham Rəhimovun elmi redaktorluğu ilə işıq üzü görən hüquq elmləri doktoru, professor Məhəmməd İmanlının “Cinayət hüququ. Xüsusi hissə” dərsliyini ölkədə aparılan hüquq islahatlarına böyük töhfə hesab etmək mümkündür. Dərslikdə 20 il əvvəl hazırlanmış “Cinayət məcəlləsi”nə edilən bir çox əlavə və dəyişikliklər müəllif tərəfindən hərtərəfli təhlil edilir. Eyni zamanda dərsliyin ən faydalı məziyyətlərindən biri də gənc hüquqşünasların anlayıb dərk edə biləcəyi səlis və sadə dildə yazılmasıdır.
Dərslikdə yeni hüquqi təfəkkürə, yüksək professionallığa malik, dünya dövlətlərinin qanunvericiliyinə bələd olan, onun mütərəqqi ənənələrini mənimsəyən ali təhsilli hüquqşünas kadrların hazırlanması vacib vəzifələrdən biri kimi qarşıda durur.
M.İmanlının hazırladığı bu dərslik cinayət hüququnun xüsusi hissəsinə dair tədris proqramına uyğun yazılmışdır. Müəllif dərsliyi hazırlayarkən problemin nəzəri əsaslarını hərtərəfli öyrənmiş, həm milli, həm də xarici mütəxəssislərin, görkəmli alimlərin zəngin elmi ədəbiyyatlarından kifayət qədər bəhrələnmişdir.
M.İmanlı dərsliyi hazırlayarkən problemlərin qoyuluşu və şərhində məntiqi ardıcıllığa riayət etmiş, Azərbaycan Respublikası CM tələblərinə uyğun kifayət qədər aydın və elmi dildə işləmişdir. Dərslik üç hissədən ibarətdir.
"CİNAYƏT HÜQUQU: XÜSUSİ HİSSƏ”-TƏQDİMAT
Birinci hissədə Azərbaycan Respublikası cinayət hüququnun “Xüsusi hissəsi”nin sistemi, cinayətin tövsifi ilə bağlı məsələlər araşdırılır və cinayət məcəlləsinin xüsusi hissəsinin fəsilləri üzrə bütün cinayət tərkiblərinin cinayət hüquqi xarakteristikası verilir.
İkinci hissədə cinayət məcəlləsinin “Xüsusi hissəsi”nin ayrı-ayrı maddələrində verilmiş konkret cinayət tərkiblərinə aid nümunələr təqdim olunmuşdur.
Üçüncü hissədə cinayət hüququnun “Xüsusi hissəsi” barədə maddələrə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi qərarlarından çıxarış, cinayət məcəlləsinin bəzi normalarının şərhi ilə bağlı Ali Məhkəmə Plenumunun qərarlarından çıxarışlar verilmişdir.
Hesab edirik ki, hazırlanan “Cinayət hüququ. Xüsusi hissə” dərsliyi respublikada hüquqşünas kadrların yeni nəslinin yetişməsi və püxtələşməsi kimi böyük maddi və mənəvi məsrəflərlə bağlı olan, gərgin zəhmət tələb edən mürəkkəb vəzifələrin həllinə köməl edəcəkdir.
Kitabın təqdimat mərasimindən geniş reportaj az sonra təqdim ediləcək.
A.Məmmədli
"CİNAYƏT HÜQUQU: XÜSUSİ HİSSƏ”-TƏQDİMAT
"CİNAYƏT HÜQUQU: XÜSUSİ HİSSƏ”-TƏQDİMAT

Geri