DataLife Engine > Çap üçün versiya > Milli Qəhrəmanımızı təhqir edən psixoloqun şikayəti təmin edilmədi
DataLife Engine Azerbaijan Support > Son Dəqiqə, Kriminal > Milli Qəhrəmanımızı təhqir edən psixoloqun şikayəti təmin edilmədi

Milli Qəhrəmanımızı təhqir edən psixoloqun şikayəti təmin edilmədi


17-12-2019, 13:07. Yerləşdirdi: memmedov
Bakı Apellyasiya Məhkəməsində psixoloq Nərmin Şahmarzadənin barəsində olan qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
"Tezadlar.az" oxu.az-a istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Şahmarzadənin şikayəti təmin edilməyib. Xətai Rayon Məhkəməsinin qərarına əsasən, o, Xətai rayonu ərazisində küçə süpürəcək. N.Şahmarzadə 400 saat ictimai işlər cəzası alıb.

İttihama görə, N.Şahmarzadə "Facebook" profilində Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edib. Daha sonra M.İbrahimovun anası Şamama İbrahimova psixoloqu xüsusi ittiham qaydasında məhkəməyə verib, onun cəzalanmasını istəyib.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri M.İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub.

Geri