DataLife Engine > Çap üçün versiya > Meyiti tapılan uşağın atası: Özüm qızımı göndərdim ki...
DataLife Engine Azerbaijan Support > Orta Manşet, Kriminal > Meyiti tapılan uşağın atası: Özüm qızımı göndərdim ki...

Meyiti tapılan uşağın atası: Özüm qızımı göndərdim ki...


7-01-2020, 13:23. Yerləşdirdi: memmedov
Xəbər verdiyimiz kimi, Tovuz rayonunun Dondar Quşçu kəndində iki ay əvvəl itkin düşən azyaşlı Nərmin Quliyevanın yanmış meyiti onun yaşadığı evinin qarşısına atılıb. Hazırda hadisə yerində olan 10 yaşlı Nərminin atası Şərif Quliyev baş verənlərə hələ də inanmadığını bildirib: “Hazırda hadisə yerindəyik. Bakıdan ekspert qrupunun gəlişini gözləyirik. Bütün polis əməkdaşları, rəis, İcra Hakimiyyətinin nümayəndələri, kənd camaatı hadisə yerindədir. Heç meyiti yerindən tərpətməmişik. Baxdıq üstündəki paltarları yanıb. Daha detallı araşdırmadan sonra öyrənəcəyik nə baş verib”.

Ş.Quliyev qeyd edib ki, qohum-qonşuda şübhələndiyi kimsə yoxdur: “Biz kiminləsə ədavəti olan adam deyilik. Öz halımızda, güzəranımızda yaşayan adamlarıq. Hadisə qardaşımın uşağının toyundan bir gün sonra-21 noyabrda olub. Gödəkçəm qardaşımgildə qalmışdı. Özüm qızımı göndərdim ki, getsin mənim gödəkçəmi gətirsin. Gödəkçəni evdən götürüb küçəyə çıxandan sonra da yoxa çıxıb. Mən bu işin axırına kimi gedəcəm. Necə olur olsun, qızıma qarşı törədilmiş cinayətin aşkara çıxması üçün əlimdən gələni edəcəm. Mətbuat nümayəndələrindən bu işə diqqət yetirmələrini xahiş edirəm”.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Faktla bağlı Tovuz rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

modern.az

Geri