DataLife Engine > Çap üçün versiya > İtkin düşmüş qadınlar tapıldı və məlum oldu ki...
DataLife Engine Azerbaijan Support > Son Xəbər, Kriminal > İtkin düşmüş qadınlar tapıldı və məlum oldu ki...

İtkin düşmüş qadınlar tapıldı və məlum oldu ki...


8-01-2020, 11:21. Yerləşdirdi: admin
Bakıda itkin düşmüş qadınlar tapılıblar.

“Report”un xəbərinə görə, hadisə yanvarın 6-da paytaxtın Səbail rayon ərazisində qeydə alınıb.

Belə ki, S.Hüseynova və R.Cavadova yaşadıqları ünvandan xəbərsiz çıxıblar və bir daha geri qayıtmayıblar.

Daha sonra qadınların yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs tapılaraq ailələrinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Geri