DataLife Engine > Çap üçün versiya > Nəsimi RPİ-nin əməkdaşları ev qarətçilərini yaxaladılar - FOTO
DataLife Engine Azerbaijan Support > Son Dəqiqə, Kriminal > Nəsimi RPİ-nin əməkdaşları ev qarətçilərini yaxaladılar - FOTO

Nəsimi RPİ-nin əməkdaşları ev qarətçilərini yaxaladılar - FOTO


28-01-2020, 11:35. Yerləşdirdi: admin
Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən paytaxt ərazisində mənzil oğurluğu ilə məşğul olan iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Tofiq Cəfərov və Sabirabad rayon sakini Peyman Quliyev tutulublar.

Araşdırma zamanı hər iki şəxsin paytaxt ərazisində bir neçə mənzildən pul və qızıl-zinət əşyaları oğurladıqları məlum olub. Onların paytaxt ərazisində kirayə yaşadıqları mənzillərə baxış zamanı evlərdən oğurladıqları əşyaların bir qismi aşkar olunaraq maddi sübüt kimi götürülüb.

Faktla bağlı saxlanılan şəxs barəsində 21-ci Polis Bölməsində toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. T.Cəfərov və P.Quliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
***
"Tezadlar.az" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 6-cı PB və Nəsimi RPİ 21-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Nəsimi rayonu ərazisindəki evlərin birindən 250 manat, 250 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuşlar - T.Cəfərov və Sabirabad rayon sakini P.Quliyev saxlanılmışlar.
T.Cəfərovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Qax rayon sakini S.Mürsəlov və digər bir nəfərlə birgə Binəqədi rayonu ərazisindəki bir evdən televizor oğurlaması da müəyyən edilmişdir.
Davam etdirilən tədbirlərlə S.Mürsəlov da saxlanılmışdır.


Geri