DataLife Engine > Çap üçün versiya > Çinli tibb bacısından şok çağırış: HÖKUMƏT YALAN DEYİR-FOTO
DataLife Engine Azerbaijan Support > Sosial, Son Dəqiqə > Çinli tibb bacısından şok çağırış: HÖKUMƏT YALAN DEYİR-FOTO

Çinli tibb bacısından şok çağırış: HÖKUMƏT YALAN DEYİR-FOTO


28-01-2020, 19:27. Yerləşdirdi: admin
Çində ölümcül virusa yoluxanlarla bağlı xəbərlər durmadan artır. Lakin bəzi mənbələr rəsmi rəqəmlərin real olmadığını iddia edir.
Medicina.az xəbər verir ki, Çin höküməti Vuhan şəhərində yayılan koronavirusa təxminən 3 min insanın yoluxduğunu bildirib. Lakin bir tibb bacısının rəsmi rəqəmləri yalanlayaraq çəkdiyi videosu dünya gündəminə düşüb. Tibb bacısı dünyadan kömək istəyərək bildirib ki, hökumətin göstərdiyi rəqəmlər reallığı əks etdirmir: "Hal-hazırda Hubey əyalətində və ümumiyyətlə Çində virusa 90 min insan yoluxub. Bu videonu izləyənlərin evdən çıxmamalarını tövsiyə edirəm. Hökumətin nə dediyi vecimizə deyil. Xahiş edirəm, Vuhana maska, eynək, geyim və ərzaq bağışlayın. Xahiş edirəm bizə kömək edin".

Geri