DataLife Engine > Çap üçün versiya > "Əməkdar jurnalist"i qarət edən yaxalandı (FOTO)
DataLife Engine Azerbaijan Support > Sağ Manşet, Kriminal > "Əməkdar jurnalist"i qarət edən yaxalandı (FOTO)

"Əməkdar jurnalist"i qarət edən yaxalandı (FOTO)


6-02-2020, 15:36. Yerləşdirdi: admin
Bakı şəhər BPİ Cinayət – Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-də, saat 18:45 radələrində, Nəsimi rayonu, "Bülbül" prospekti 18 ünvanında yerləşən "Bravo" marketində Bakı şəhər sakini T.Rüstəmova məxsus içərisində 3 ədəd mobil telefon və bank kartları olan əl çantasını oğurlamaqda şübhəli bilinən 1972-ci il təvəllüdlü, Bərdə rayon sakini Adil Rüstəmov müəyyən olunaraq saxlanılıb.
"Tezadlar.az" xəbər verir ki, Bakı Şəhər BPİ Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, şübhəli şəxsdən gizli yolla taladığı mobil telefonlar maddi sübüt kimi aşkar olunuraq götürülüb, zərərçəkmişə qaytarılması təmin olunacaq.

Onun digər oğurluq əməllərində iştirakı istisna olunmur, “Doqquz barmaq Adil” kimi tanınan şəxsin əməllərindən başqa zərərçəkmiş varsa, Bakı şəhər BPİ Cinayət – Axtarış İdarəsini məlumatlandırmaq tövsiyə olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, oğurluq əməlinə məruz qalan, tanınmış jurnalist, "Xalq qəzeti"nin əməkdaşı Tahir Aydınoğludur.

Geri