DataLife Engine > Çap üçün versiya > Zəngilan sakini 53 yaşlı bacısını qısqandığı üçün qətlə yetirib...
DataLife Engine Azerbaijan Support > Son Dəqiqə, Kriminal > Zəngilan sakini 53 yaşlı bacısını qısqandığı üçün qətlə yetirib...

Zəngilan sakini 53 yaşlı bacısını qısqandığı üçün qətlə yetirib...


7-02-2020, 09:43. Yerləşdirdi: admin
Bakıda qardaş qısqanclıq zəminində bacısını qətlə yetirib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu H. Əliyev küçəsi 12, mənzil 26-da baş verib.

Zəngilan rayon sakini, 1963-cü il təvəllüdlü Sahib Cəfərov qısqanclıq zəminində bacısı, 1967-ci il təvəllüdlü Tovus Cəfərovanı boğaz nahiyəsindən ülgüclə kəsərək qətlə yetirib.

S. Cəfərov daha sonra könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Geri