DataLife Engine > Çap üçün versiya > Bakıda marketdə qətl törətsə də, tutuldu və...
DataLife Engine Azerbaijan Support > Son Xəbər, Kriminal > Bakıda marketdə qətl törətsə də, tutuldu və...

Bakıda marketdə qətl törətsə də, tutuldu və...


11-02-2020, 09:33. Yerləşdirdi: admin
Bakıda qətl törədən şəxs saxlanılıb. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidməti məlumat verib.
Belə ki, BŞBPİ-nin Cinayət-Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də gecə saatlarında, Xətai rayonu Zığ yolunda yerləşən marketlərin birində törədilən qətlin üstü açılıb.
Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Əliyev Bəxtiyar Yusif oğlunu kürək nahiyəsindən bıçaqlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü İsmayıl Ağəsənov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Geri