DataLife Engine > Çap üçün versiya > Çay evində gənc oğlan ürəyindən bıçaqlandı
DataLife Engine Azerbaijan Support > Son Dəqiqə, Kriminal > Çay evində gənc oğlan ürəyindən bıçaqlandı

Çay evində gənc oğlan ürəyindən bıçaqlandı


19-02-2020, 15:17. Yerləşdirdi: memmedov
Bakıda çay evində bıçaqlanma hadisəsi baş verib.
Hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. İsmayıllı rayon sakini, hazırda Abşeron rayonunun Mehdiabad qəsəbəsi, Ü.Hacıbəyov küçəsi 9-da yaşayan, 1996-cı il təvəllüdlü Mövlamov Rəşad Talıb oğlu Biləcəri qəsəbəsində yerləşən "Çardaq" çay evində tanımadığı şəxslə mübahisə edib.

Həmin şəxs R.Mövlamovu sol döş qəfəsindən bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı təcili 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxsin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür.

trend

Geri