DataLife Engine > Çap üçün versiya > Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyidir
DataLife Engine Azerbaijan Support > Son Dəqiqə, Manşet > Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyidir

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyidir


28-03-2020, 14:00. Yerləşdirdi: admin
Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı Sərəncam ilə hər il mart ayının 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Peşə bayramı münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev və DTX-nin kollegiya üzvləri Fəxri xiyabana gələrək, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin banisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.
Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

***

Ulu Öndər Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə hər il 28 mart - Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
"Tezadlar.az" DTX-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyi və peşə bayramı münasibətilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının əməkdaşlarını, veteranlarımızı səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Vətənin daimi tərəqqisi, təhlükəsizliyi və daha da qüdrətlənməsi naminə şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayırıq!


Geri