DataLife Engine > Çap üçün versiya > Ağsuda ölümlü qəza törədən sürücü həbs edildi
DataLife Engine Azerbaijan Support > Son Xəbər, Kriminal > Ağsuda ölümlü qəza törədən sürücü həbs edildi

Ağsuda ölümlü qəza törədən sürücü həbs edildi


15-04-2020, 20:16. Yerləşdirdi: admin
Ağsu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü tutularaq istintaqa cəlb edilmişdir. Baş prokurorluqdan "Təzadlar"a bildirilib ki, aprelin 14-də, saat 17:00 radələrində, Ağsu rayonu Cəlayir kəndi ərazisində kənd sakini Emin Qiyasovun idarə etdiyi “VAZ-2107” markalı 10-MS-126 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada-2015-ci il təvəllüdlü Gülər Əsədovanın vurulması nəticəsində sonuncunun aldığı xəsarətlərdən vəfat etməsi faktına görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmişdir.
İstintaqla hadisənin E.Qasımov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq idarə etdiyi avtomobillə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuş və müdafiəçinin iştirakı ilə dindirilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Geri