DataLife Engine > Çap üçün versiya > Baş Prokurorluq DSMF-nin Kəpəz şöbəsinə dair məlumat yaydı
DataLife Engine Azerbaijan Support > Son Xəbər, Kriminal > Baş Prokurorluq DSMF-nin Kəpəz şöbəsinə dair məlumat yaydı

Baş Prokurorluq DSMF-nin Kəpəz şöbəsinə dair məlumat yaydı


15-06-2020, 13:29. Yerləşdirdi: admin
Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsində guya əməliyyat tədbirləri keçirilməsi nəticəsində bir sıra vəzifəli şəxslərin saxlanılması ilə bağlı informasiyalar yayılmışdır. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə mətbuata açıqlamasında bildirib ki, DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin 2015-2017-ci illərdə yol verdikləri qanun pozuntuları barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəri ilə cinayət işi başlanmış, hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Cinayət işinin təfərrüatları barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə yaxın zamanda əlavə məlumat veriləcəkdir.

Geri