DataLife Engine > Çap üçün versiya > Bakıda sərnişin avtobusu qəzaya düşüb, 5 nəfər xəsarət alıb
DataLife Engine Azerbaijan Support > Hadisə, Manşet > Bakıda sərnişin avtobusu qəzaya düşüb, 5 nəfər xəsarət alıb

Bakıda sərnişin avtobusu qəzaya düşüb, 5 nəfər xəsarət alıb


10-04-2017, 12:28. Yerləşdirdi: admin
Bakıda sərnişin avtobusu qəzaya düşüb. “Report”un xəbərinə görə, hadisə Bakı Dairəvi Yolunun Yasamal rayonu hissəsinə düşən ərazisində qeydə alınıb.
Məlumata görə, 211 saylı “Daewoo” sərnişin avtobusu “Mitsubishi” markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində ümumilikdə 5 nəfər xəsarət alıb. Belə ki, avtobus sərnişinləri arasında xəsarət alan üç nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Avtomobilin yaralanan sərnişinləri isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Geri