DataLife Engine > Çap üçün versiya > Bakıda “BMW” 26 yaşlı oğlanı vurdu – VİDEO
DataLife Engine Azerbaijan Support > Hadisə, Video > Bakıda “BMW” 26 yaşlı oğlanı vurdu – VİDEO

Bakıda “BMW” 26 yaşlı oğlanı vurdu – VİDEO


13-09-2017, 16:38. Yerləşdirdi: memmedov
Paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yolu keçmək istəyən 26 yaşlı Anar Bəxtiyarı “BMW” markalı avtomobil vurub.

ARB TV xəbər verir ki, yaralını xəstəxanaya sürücü özü çatdırıb.
Kəllə-beyin travması alan Anara lazımi tibbi yardım göstərilib. Həkimlər vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçiriblər.
Sürücü saxlanılaraq ifadəsi alınması üçün Rayon Polis İdarəsinə aparılıb.


Geri