DataLife Engine > Çap üçün versiya > “Kapital Bank”ın bankomatlarından 350 min manat oğurlamış şəxs tutulub
DataLife Engine Azerbaijan Support > Hadisə > “Kapital Bank”ın bankomatlarından 350 min manat oğurlamış şəxs tutulub

“Kapital Bank”ın bankomatlarından 350 min manat oğurlamış şəxs tutulub


13-12-2017, 15:27. Yerləşdirdi: memmedov
Bakıda “Azərbaycan Beynəlxalq Bankı”nın bankomatından pul oğurlayarkən tutulan şəxs ətrafında aparılan tədbirlər nəticəsində onun yeni əməlləri məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində tutulmuş İmişli rayon sakini Orxan Əhmədovun müxtəlif bankomatlardan 350 min manat oğurladığı müəyyənləşib.
Yarılmış bankomatların hamısı “Kapital Bank” ASC-yə məxsus olub. O.Əhmədovun Bakı şəhəri, Şirvan, Biləsuvar və Ucar rayonlarındakı bankomatları qaynaq aparatı ilə yardığı üzə çıxıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.

Geri