DataLife Engine > Çap üçün versiya > DYP yol polisinin arvadını bıçaqlamasına münasibət bildirib
DataLife Engine Azerbaijan Support > Hadisə > DYP yol polisinin arvadını bıçaqlamasına münasibət bildirib

DYP yol polisinin arvadını bıçaqlamasına münasibət bildirib


27-12-2017, 12:55. Yerləşdirdi: memmedov
Baş Dövlət Yol Polisi İdarəsi dünən Bərdə rayonunda yol polisi əməkdaşının öz arvadını bıçaqlaması barədə yayılan xəbərə münasibət bildirib.

İdarənin şöbə rəisi Kamran Əliyev “Report”a deyib ki, Bərdə rayon Yol Polisi Bölməsinin inspektoru Sevindik Şəmşir oğlu Məmmədovun həyat yoldaşını bıçaqlaması barədə məlumat araşdırılıb: “Bildiririk ki, Bərdə rayon DYP Bölməsində belə bir insan çalışmır. Yol polisində Şükürov Sevindik Şəmşir oğlu adlı əməkdaş olub ki, o da Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayında işləyib. Lakin xidmətdə yol verdiyi ciddi nöqsanlara görə bir neçə il öncə daxili işlər orqanlarından xaric edilib”.

Geri