DataLife Engine > Çap üçün versiya > Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
DataLife Engine Azerbaijan Support > Hadisə > Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb


3-02-2018, 10:27. Yerləşdirdi: memmedov
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 97 cinayət faktı qeydə alınıb, onların da 27-si "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Geri