DataLife Engine > Çap üçün versiya > Azərbaycan vətəndaşı Ukraynada insan alverinə görə həbs olunub
DataLife Engine Azerbaijan Support > Hadisə > Azərbaycan vətəndaşı Ukraynada insan alverinə görə həbs olunub

Azərbaycan vətəndaşı Ukraynada insan alverinə görə həbs olunub


10-02-2018, 15:41. Yerləşdirdi: memmedov
Azərbaycan vətəndaşı Ukraynada insan alverinə görə həbs olunub. "Report"un xəbərinə görə, Azərbaycan vətəndaşı, 1989-cu il təvəllüdlü, Sumqayıt şəhərindən olan Tahirov Abbas Səfa oğlu Kiyevdə tutulub. O, müxtəlif qadınları Birləşmiş Ərəb Əmirliklərinə göndərməkdə ittiham olunur.

Cinayət işinə Ukrayna paytaxtının Şevçenko rayon məhkəməsində baxılır. Prokuror A.Tahirova 9 il iş istəyib.

A.Tahirov ağır cəza alacağı təqdirdə qərardan apellyasiya vermək niyyətində olduğunu bildirib.

Geri