DataLife Engine > Çap üçün versiya > Bakıda orta yaşlı kişi dostu tərəfindən bıçaqlanıb
DataLife Engine Azerbaijan Support > Hadisə > Bakıda orta yaşlı kişi dostu tərəfindən bıçaqlanıb

Bakıda orta yaşlı kişi dostu tərəfindən bıçaqlanıb


11-02-2018, 09:46. Yerləşdirdi: memmedov
Bakının Yasamal rayonunda bir nəfərin bıçaqlanması ilə nəticələnən cinayət hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə Şəfayət Mehdiyev küçəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Pərviz Məmmədov dostu ilə mübahisə edib. Mübahisə nəticəsində o, üz və bədən nahiyəsindən bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Geri