DataLife Engine > Çap üçün versiya > Bakıda fəhlə yarımtikilidə özünü asaraq öldürüb
DataLife Engine Azerbaijan Support > Hadisə > Bakıda fəhlə yarımtikilidə özünü asaraq öldürüb

Bakıda fəhlə yarımtikilidə özünü asaraq öldürüb


21-02-2018, 09:17. Yerləşdirdi: memmedov
Səbail rayonunda gənc oğlan intihar edib. "Report"un xəbərinə görə, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Cabbarov Elxan Qasıməli oğlu yarımtikili binada özünü asıb. Məlum olub ki, o, həmin tikilidə fəhlə kimi çalışıb.

Hadisənin baş verdiyi əraziyə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin və Səbail Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Geri