DataLife Engine > Çap üçün versiya > Ali Məhkəmə "Turan" agentliyinin kassasiya şikayətini təmin etməyib
DataLife Engine Azerbaijan Support > Hadisə, Cəmiyyət > Ali Məhkəmə "Turan" agentliyinin kassasiya şikayətini təmin etməyib

Ali Məhkəmə "Turan" agentliyinin kassasiya şikayətini təmin etməyib


8-03-2018, 14:47. Yerləşdirdi: memmedov
1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin informasiya agentliyinin iddiasının əsassız olması haqqında qərarını qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərarından verilmişdi

Martın 7-də Ali Məhkəmədə Sevda Hüseynovanın sədrliyi ilə "Turan" informasiya agentliyinin kassasiya şikayəti üzrə proses keçirilib. Şikayət 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin informasiya agentliyinin iddiasının əsassız olması haqqında qərarını qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərarından verilmişdi.

Qeyd edək ki, ötən ilin sentyabrında "Turan" Vergilər Nazirliyinə qarşı iki iddia qaldıraraq, məhkəmədən Vergi Cinayətlərinin Araşdırılması Departamentin agentlikdə vergi yoxlaması təyin etməsini qanunsuz hesab etməyi, habelə nazirliyin iki departamentinin vergilərin hesablanması haqqında üç qərarını əsassız və qanunsuz hesab etməyi xahiş edib.

Qərarlar 2017-ci ilin avqust ayında qəbul edilib. Sonradan bu iki iddia bir işdə birləşdirilib, məhkəmə isə onları təmin etməkdən imtina edib.

İclasda agentliyin vəkili Fuad Ağayev çıxış edib, o bildirib ki, əsassız vergi yoxlamaları hələ 1996-cı ildə sabiq prezident Heydər Əliyevin sərəncamı ilə dayandırılıb: "Bu qərar vergi orqanları əməkdaşlarının əməllərindən çoxsaylı şikayətlərlə əlaqədar qəbul edilib.

Elə həmin il Turan agentliyinə qarşı agentliyin sıradan çıxarılmasına yönəlmiş vergi yoxlaması təyin edilib. Amma sonradan bu yoxlamanın nəticələri ləğv edilib. Ötən il də bənzər vəziyyət yaranıb. Biz İnzibati-İqtisad Məhkəməsinə vergi yoxlamalarının qanunsuz olması ilə bağlı iddia ilə müraciət etdik. Amma məhkəmə bu cür yoxlamalara bağlı iddia verilməsinin mümkün olmadığı barədə qərar qəbul edib, belə ki, vergi yoxlaması ağır cinayətlərə gətirib çıxarmayıb.

Vergilər Nazirliyi isə bu cür şikayətlər verilə biləcəyini qeyd edir. Bu, yoxlama banklarında da əksini tapmışdı. Agentliyin direktoru təqsirsiz olduğu halda həbs edilibsə və üç həftəyə yaxın həbsdə qalıbsa, daha ağır hansı nəticələrdən söhbət gedə bilər?

Yalnız ABŞ Senatının Kiçik Palatasının Əliyevin qanunsuz həbsində əli olan bütün şəxslərə qarşı sanksiyalar tətbiq edilməsi haqqında yekdilliklə qəbul etdiyi qərardan sonra o, azad edilib.

Buna paralel olaraq, agentliyin fəaliyyəti iflic vəziyyətinə düşüb və agentlik bağlandığını elan etmək məcburiyyətində qalıb. Agentliyin fəaliyyəti bir neçə ay sonra bərpa olunub", deyə vəkil bildirib.

Bu sözlərdən dərhal sonra hakim Hüseynova vəkilin sözünü kəsərək, hazırda cinayət işinin aspektlərinə deyil, mülki qaydada verilmiş iddiaya baxıldığını xatırladıb.

Bundan sonra vəkil Ağayev əlavə edib: "Məhkəmələr Heydər Əliyevin sərəncamını pozursa, nədən söhbət gedə bilər? Kassasiya şikayətini təmin etməyinizi xahiş edirəm".

Vergilər Nazirliyinin nümayəndəsi bir ifadə ilə kifayətlənib, məhkəmədən şikayəti təmin etməməyi xahiş edib. Hakim heyəti yerindəcə üç dəqiqə məsləhətləşərək, agentliyin kassasiya şikayətinin təmin edilməməsi haqqında qərar çıxarıb.

Vəkil F.Ağayev "Turan"a məhkəmənin qərarını şərh edərkən bildirib ki, məhkəmənin qərarından məyus olub, amma təəccüblənməyib: "Məhkəmənin qərarı qanunsuzdur", deyə o əlavə edib ("Amerikanın səsi").

Geri