DataLife Engine > Çap üçün versiya > Sabirabadda qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar tutulub
DataLife Engine Azerbaijan Support > Hadisə > Sabirabadda qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar tutulub

Sabirabadda qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar tutulub


17-03-2018, 16:08. Yerləşdirdi: memmedov
Sabirabad Rayon Polis Şöbəsinə rayonun Kürkəndi kəndi ərazisindəki qəbiristanlıqda qəbirlərin kənarına quraşdırılan alüminiumdan olan çəpərlərin bəzək əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Sabirabad şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Mircabbar Miriyev, Yusif Əzizov və Əli Şirinov olduqları müəyyən edilib.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Geri