DataLife Engine > Çap üçün versiya > Qazaxda avtomobil 56 yaşlı kişini vrub, sürücü qaçıb
DataLife Engine Azerbaijan Support > Hadisə > Qazaxda avtomobil 56 yaşlı kişini vrub, sürücü qaçıb

Qazaxda avtomobil 56 yaşlı kişini vrub, sürücü qaçıb


19-03-2018, 13:19. Yerləşdirdi: memmedov
Qazax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Bala Cəfərli kənd sakini, 1962-ci il təvəllüdlü Rəhman Zəkəriyə oğlu Məmmədov yolu keçmək istəyən zaman naməlum avtomobil onu vurub və sürücü hadisə yerindən qaçıb. Ağır bədən xəsarətləri alan R.Məmmədovu huşsuz vəziyyətdə yoldan keçən sakinlər gördükdən sonra Təcili Tibbi Yardım Stansiyasına və polisə məlumat veriblər.

Qazax Mualicə Diaqnoztika Mərkəzinin Reanimasiya şöbəsində müalicə olunan yaralının vəziyyətinin ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.

Geri