DataLife Engine > Çap üçün versiya > İKİ BOLQARISTAN VƏTƏNDAŞI GÖYGÖLDƏ YOL QƏZASINDA ÖLÜB
DataLife Engine Azerbaijan Support > Hadisə, Son Dəqiqə > İKİ BOLQARISTAN VƏTƏNDAŞI GÖYGÖLDƏ YOL QƏZASINDA ÖLÜB

İKİ BOLQARISTAN VƏTƏNDAŞI GÖYGÖLDƏ YOL QƏZASINDA ÖLÜB


20-03-2018, 10:42. Yerləşdirdi: admin
Bakı-Qazax yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, rayonun Hacıməlik kəndində Bolqarıstan dövlət qeydiyyat nişanlı avtomobil yolun dəmir maneəsinə çırpılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Nəticədə sürücü və sərnişin ağır xəsarət alaraq keçinib. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib.

Hər iki şəxsin Bolqarıstan vətəndaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri