DataLife Engine > Çap üçün versiya > Əsgərlikdən yeni qayıdan gənc iş yerində yıxıldı və...
DataLife Engine Azerbaijan Support > Hadisə > Əsgərlikdən yeni qayıdan gənc iş yerində yıxıldı və...

Əsgərlikdən yeni qayıdan gənc iş yerində yıxıldı və...


26-03-2018, 09:54. Yerləşdirdi: memmedov
Mingəçevir şəhərində, Kür çayı sahilində aparılan inşaat işləri zamanı bədbəxt hadisə baş verib.

"Report” xəbər verir ki, həmin tikintidə fəhlə kimi çalışan 1998-ci il təvəllüdlü Mehdiyev Rauf Süleyman oğlu iş zamanı ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

Hə iki qolu qırılan, həmçinin baş və bədəninin müxtəlif nahiyələrindən ciddi xəsarət alan yaralı dərhal xəstəxanaya yerləşdirilib.

R.Mehdiyevin hərbi xidmətdən yeni döndüyü və inşaat sahəsində qısa müddətlik əmək fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri