DataLife Engine > Çap üçün versiya > Nazir maşını məktəblini vurub
DataLife Engine Azerbaijan Support > Hadisə > Nazir maşını məktəblini vurub

Nazir maşını məktəblini vurub


26-03-2018, 22:27. Yerləşdirdi: memmedov
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvilinin avtomobili ilə 11 yaşlı məktəbli vurulub.

Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə Tsxneti şossesində yerləşən məktəbin yaxınlığında baş verib. Məktəbli xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükə yoxdur.

Hadisə zamanı K. Tsixelaşvilinin avtomobildə olduğu bildirilir. Dövlət naziri artıq xəstəxanada məktəbliyə baş çəkib və bildirib ki, yeniyetmə ciddi xəsarətlər almayıb.

Geri