DataLife Engine > Çap üçün versiya > Sumqayıtda yol-nəqliyyat hadisələri nəticəsində iki azyaşlı ağır yaralanıb
DataLife Engine Azerbaijan Support > Hadisə > Sumqayıtda yol-nəqliyyat hadisələri nəticəsində iki azyaşlı ağır yaralanıb

Sumqayıtda yol-nəqliyyat hadisələri nəticəsində iki azyaşlı ağır yaralanıb


29-03-2018, 10:34. Yerləşdirdi: memmedov
Ötən gün axşam Sumqayıt şəhərində eyni vaxta iki yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun verdiyi məlumata görə, mərkəzi küçələrdən birində qeydə alınan qəza zamanı şəhər sakinləri - 2011-ci təvəllüdlü Fuad Sadiq oğlu Əliyev və 2014-cü il təvəllüdlü Sənan Teymur oğlu Əhmədli ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Hər iki yaralı Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəyə yüksək sürət və sürücü məsuliyyətsizliyinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri