DataLife Engine > Çap üçün versiya > Neftçalada balıqçılıq zavodunun operatoru özünü asdı
DataLife Engine Azerbaijan Support > Hadisə, Son Xəbər > Neftçalada balıqçılıq zavodunun operatoru özünü asdı

Neftçalada balıqçılıq zavodunun operatoru özünü asdı


5-04-2018, 10:26. Yerləşdirdi: admin

Bu gün axşam saatlarında Neftçala rayonunda intihar hadisəsi baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Xıllı qəsəbəsinin 51 yaşlı sakini Elşən Əhəd oğlu Əhədov özünü yaşadığı evin hamam otağında asaraq intihar edib.

E.Əhədov Xıllı Nərə Balıqartırma Zavodunda operator işləyirmiş. Onun psixoloji problemlərdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri