DataLife Engine > Çap üçün versiya > Türkiyədən qanunsuz soyuq silah gətirilməsi cəhdinin qarşısı alınıb
DataLife Engine Azerbaijan Support > Hadisə > Türkiyədən qanunsuz soyuq silah gətirilməsi cəhdinin qarşısı alınıb

Türkiyədən qanunsuz soyuq silah gətirilməsi cəhdinin qarşısı alınıb


7-04-2018, 11:05. Yerləşdirdi: memmedov
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla soyuq silahın gətirilməsi cəhdinin qarşısını alıblar.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və müvafiq qanunvericiliyə uyğun olaraq yoxlama aparılıb. Malların yoxlanılması zamanı, vətəndaşın çantasının içərisində gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Geri