DataLife Engine > Çap üçün versiya > "MediStyle Hospital"da əməliyyat olunan həkim niyə ölüb?
DataLife Engine Azerbaijan Support > Hadisə, Sağ Manşet > "MediStyle Hospital"da əməliyyat olunan həkim niyə ölüb?

"MediStyle Hospital"da əməliyyat olunan həkim niyə ölüb?


17-04-2018, 11:08. Yerləşdirdi: memmedov
Bakıda həkim əməliyyatdan sonra vəfat edib.

"Report" un xəbərinə görə, Bakı şəhərində yerləşən 25 saylı şəhər poliklinikasının həkim-otorinqoloqu Əziz Bayramlı aprel ayının 14-də dünyasını dəyişib.

Belə ki, 63 yaşlı Ə.Bayramlı ötən həftə Bakıda yerləşən "MediStyle Hospital"da bud-canağ oynağının endoprotezləşmə əməliyyatı keçirib. O, cərrahi əməliyyatdan sonra ayılıb, hətta ayağa da qalxıb. Lakin əməliyyatdan 3 gün sonra komaya düşüb. Yaxınları koma vəziyyətində olan xəstəni "MediStyle Hospital"da saxlamağa maddi gücü çatmadığı üçün onu Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirib. Ə.Bayramlı həmin xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə.Bayramlı 1954-cü ildə dünyaya gəlib. O, uzun illər hərbi həkim olub. Ə.Bayramlı pasientləri və həmkarları arasında savadlı həkim kimi tanınıb.

Geri