DataLife Engine > Çap üçün versiya > Salyanda yük və minik avtomobilləri toqquşub, ölənlər var - YENİLƏNİB - VİDEO
DataLife Engine Azerbaijan Support > Hadisə > Salyanda yük və minik avtomobilləri toqquşub, ölənlər var - YENİLƏNİB - VİDEO

Salyanda yük və minik avtomobilləri toqquşub, ölənlər var - YENİLƏNİB - VİDEO


28-04-2018, 16:14. Yerləşdirdi: memmedov
Video əlavə olunub.

***
8:01

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında, Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində, Olimpiya İdman Kompleksinin yaxınlığında qeydə alınıb.

Belə ki, Lənkəran sakini, 1977-ci il təvəllüdlü Zaur Fəryad oğlu Hüseynovun idarə etdiyi 42-BU-105 dövlət nömrə nişanlı, “KaMAZ” markalı yük maşını ilə Neftçala rayon sakini Elmar Vəfadar oğlu Hüseynovun idarə etdiyi “Mercedes” markalı, 90-UO-631 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə "Mercedes"in sürücüsü, habelə sərnişini - Neftçala rayon sakini İlqar Əbil oğlu Abbasov hadisə yerindəcə ölüb.

Hər iki meyit morqa gətirilib.

Faktla bağlı araşdırma aparılır.


Geri